Sonun Davamı adlı bir romandan kiçik bir hissə
Nihat Atabəyli tərəfindən "Digər yazılar" bolməsinə 00:56 05 mart 2016 tarixində əlavə olunmuşdur

Ölüm. Kimi üçün son, kimi üçünsə başlanğıc... Bəzən mövcudluğun o qədər də xoş olmayan bir növü, bəzən bütün sualların tək cavabı, bəzən də ən ideal seçim... Ölümünü qarşılayan istənilən insan ya ondan öncə, ya da şüuraltısının ölümündən sonra, aktiv olduğu müddətdə mütləq yox olmaq barədə fikirləşmədən keçə bilmir. Üzərindən aylar ötəcək və onun çürümüş cəsədindən yalnız sümüklər yadigar qalacaq. Tanışlar, dostlar, qohumlar, ailə, hər kəs tədricən onun yoxluğunu qəbul edərək belə birinin mövcudluğu haqqda birdəfəlik unudacaqlar. Bəzən illər sonra yaddaşı nisbətən güclü olan biri vaxtılə onunla eyni cəmiyyəti bölüşən şəxs haqqında tam təsadüfən xatırlayacaq, bu xatirələrlə dolmuş yaddaşlar da mövcudluğunu itirdikdən sonra o, artıq heç vaxt yaşamamış biri kimi yoxa çıxmış olacaqdır. “Mütləq son güman ki, buna deyilir. Heç kəsin sənin mövcudluğun barədə heç nə bilməməsi. Qəribə hiss olmalıdır. Fiziki olaraq hər şey sona çatır və sənin əzablardan yenicə xilas olmuş ruhun cismini izləyə- izləyə çoxdan gözlədiyi azadlığına qovuşur. Heç kim sənin insanlıq barədə qurduğun xəyalların haqqda bilmir, heç kim sevgini yalnız mənəvi tərəfdən qəbul etməyə cəht göstərmir və bəşəriyyət sadəcə ölüm kimi qəbul etdiyi intihardan özü üçün heç bir nəticə çıxarmır...!”

Minvoa Oanan öz ölümünün planlarını cızarkən daxilindəki ikinci şəxsin müracətini bir daha eşitməyəcəyinə əmin olduğundan özü ilə kiçik dialoqlar qururdu. Seçəcəyi ölümü ona hansısa qeyri- adi qüvvə bəxş etməyəcəkdi. İntihar elə bir seçimdir ki, insan hər zaman sonda ölməyə öyrəncəli olan ümidlərini itirdikdən sonra bu yola əl atır. Heç nəyin bir daha  əvvəlki kimi görünməyəcəyinə əmin olduqdan sonra...

Minvoa Oanan yuxuya gedib oyandığında intihar etmək istəyinə düşməyəcək qədər ətraflı bir şəkildə öz seçimi barədə dəfələrlə düşünmüş və bütün əzabların yekunlaşma anı olan ölümünü təsdiqləyəcək qədər cəsarətə yiyələnməyi bacarmışdı. Anası, arzularındakı cəmiyyət, sülh içində yaşayacaq planet, insanları fiziki deyil mənən qəbul edəcək bəşəriyyət, ehtiras bulaşmış hissləri gizlətməyə gərək duymayacaq qədər saf olan sevgi  barədə fikirləşmiş, sonda isə bir gün bənzər ünsirləri görmək şansının olmamasını anladığında qəti qərar zamanının yetdiyinə əmin olmuşdu. Bütün intiharları birləşdirən ümumi bir məqam var: Onu seçən şəxs insanlıq, cəmiyyət və Tanrıdan bütün ümidlərini itirdikdən sonra həyatın və yaşamın özündə daşıdığı böyük mənasızlığı anlayınca hər kəsə, bütün mövcudluqlara üsyan edirmiş kimi bu yola əl atır. Səbəb və növündən aslı olmayaraq intihar ifrat emotsional, lakin özündən başqa heç kimi incitməyəcək qədər sülhsevər birinin ən son seçimidir. Minvoa Oanan üçün özünə qəsd mütləq son, tanımadığı digər biri üçün başlanğıc, tanıya bilməyəcəyi birindən ötrü isə sadəcə davam idi. O, dəqiq bilirdi ki, onun ölümü insanları, onların seçimlərini, cəmiyyətin murdarlıqlarını və ya hər hansı başqa bənzər iyrənclikləri dayandırmağa qadir olmayacaqdı. Yenə qadınlar alçaldılacaq, sevgi ehtirasa hər gün daha çox aşiq olacaq, yenə cəmiyyət pul ardınca dəli kimi nəhəng dairələri dövrələyəcək, yenə silah və narkotik satılsın deyə müharibələrdə günahsız körpələr öləcək, qocaldıqca daha çox lazımsız əşyaya dönüşən pornostrarları yeniləri əvəzləyəcək, yenə hansısa kişi öz həyat yoldaşına mənən başladığı xəyanətini reallaşdırmağa cəht edəcək və yenə və yenə hər şey yenidən təkrarlanacaqdı.  Bu, qarşısı din və siyasətlə alınması mümkünsüz olan yaşamın ikinci üzü idi ki, Oanan belə bir cəmiyyəti bölüşən canlılardan biri olmaq istəmirdi. Ona dünyaya gəlməmək şansını heç kəs verməmişdi. Yaşamını özü seçə bilməsə də, ölümü öz əllərində idi. Onun intihar səbəbi özündə qarşılıqsız sevgi sahibinin özünə qəsd etməklə ona cavab verməyən yarının peşimanlıq hiss edəcəyi ümidlərini, cəmiyyəti dəyişə bilməyən gəncin intihar öncəsi insanlıqdan son dəfə iyrəndiyi  anlarını, həyatının günü - gündən pisləşdiyini anlayan birinin bir gün sadəcə yox olacaq deyə yaşamağın mənasızlığını dərk etməsilə başlayan pessimizmini ideal bir şəkildə cəmləməyi bacarırdı. Bu cür ölümü son çarə bilən bütün insanlarda olduğu kimi Minvoa Oananda da bəlkə ölümündən sonra insanların kiçik, çox kiçik bir hissəsinin onun intihar səbəbilə maraqlanıb son nəticə olaraq həyata qeyri- adi bir tərzdə yanaşan sadə birinin xəyal dünyasını ortaya çıxaracaqları ümidləri zamanın ötməsilə daha aktiv xarakter almağa başlayırdı. Bir- iki qədəh içdikdən sonra kifayət qədər cəsarətə sahiblənərək özünü hündür mərtəbəli binadan atmaq üçün yuxarıdan aşağı baxaraq diqqətləri öz üzərinə toplamaq niyyətində olandan başlayaraq intihar səbəbi kimi ümidlərinin parçalandığı deyil mübarizə aparmağa genetik olaraq öyrəncəli olan insanın günlük problem çoxluğu göstərilən birinə qədər hər kəs öz “ölüm düyməsi”- ni sıxmazdan bir neçə saniyə öncə heç zaman olmadığı kimi dərindən bir daha seçimi barədə fikirləşmədən bunu edə bilmir. Həyat həqiqətən çətindir, yaşamaq isə mənasız. Öz prinsiplərini, öz yolunu tapmağı bacarmayan biri üçün intihar seçə biləcəyi ən ideal yol kimi görünür. Bütün əzablar bitir, daha heç bir suala cavab axtarmağa, ədalətsizliklərlə dirənmək üçün Tanrıdan güc istəməyə və sonda bənzər enerjinin heç zaman olmayacağına inanmağa zərurət qalmır. 

Minvoa Oanan da bütün digər intiharda zərrə qədər də olsa ümid parıltısı görməyi bacaran şəxslər kimi özü üçün ən uyğun ölüm üsulunu günlərlə axtarmışdı. Kəsici alətlər ilə özünə xəsarət yetirmək və onu qram- qram boğacaq kəndirin yaşadacağı əzab Oanan üçün vəhşilik kimi göründüyündən o, iki ideal seçim: ya hündürlükdən atlayaraq azacıq da olsa azad uçuşun həzz sonundakı ani ağrının şiddəti səbəbilə süuraltısının dayanacağı, ya da onu tədricən həyatdan ayıracaq hər hansı bir kimyəvi vasitə ilə ölüm üsulundan birini dəstəkləyəcəkdi.

Gözləri önündən keçərək üzərinə ağır yük kimi yığılan bu informativ xatirələr toplusu ona əvvəlki həyatında heç zaman kifayət qədər cəsarət tapıb edə bilmədiyi addımını da xatırladırdı. Həyatını məhv edən cəsarətindən son dəfə istifadə etmək niyyətində olan Oanan olduqca sakit addımlarla yaxınlıqdakı əczaçıya üz tutub yuxusuzluqdan əziyyət çəkənlərin istifadəçisi olduqları dərmanlara qiymətini soruşmadan üzərində olan bütün pulunu verdi. Uzun müddətli  yuxuya gedəcək biri kimi addımlarını maksimum dərəcədə yavaşladır, fikrini dəyişdirə biləcək hansısa hadisənin baş verəcəyi ümidi ilə sadəcə addımlayırdı. Lakin hadisələrin gedişatı onu öz soyuq otağındakı çarpayıda uzanaraq tavana zillənmiş gözlərinin tərpənməz halıyla həbləri bir- bir qəbul etməyə məhkum edirdi. Onu heç kim xilas etməyəcəkdi. Göz qapaqları ağırlaşmağa başladığında isə Oanan anlayırdı ki, artıq əlli səkkizinci həbi qəbul etmişdi. Gedəcəyi bu dərin yuxudan onu nə o qədər də sevmədiyi anası, nə yenicə tanış olmasına rəğmən alüdəçisinə çevrildiyi ecaskar xanım, nə də hər hansı bir tanımadığı şəxs oyada bilməyəcəkdi. Minvoa Oanan əbədi yuxunun həzzindən zövq alaraq simasında təbəssüm ilə gözlərini həmişəlik yumurdu. Qaranlıq otağının nəm hopmuş divarlarından əks olunan pleyerdə sakit bir tonda səslənən “Paradise” adlı treyki öz şüuraltısında təkrarlaya- təkrarlaya o xatirələri arasında tədricən itdiyini anlamağa imkan tapa bilməyəcəkdi... 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0233 saniye