Sonunadək... Və sözün bitdiyi an dərdlərin ikiqat olar. Bir zaman hər kəslə dərdləşdim.Məqsədim sadəcə bir idi-səhvlərinin sayı az olsun.Öz səhvlərimdən misallar gətirərdim,təəssüflə qeyd edərdim bir-bir.Hər canı yanan yaxınımla bərabər canım yanardı mənim də. Vicdanım susmazdı,bacardıqca əngəl ol deyərdi qalanlara. Bəzən istəmədən,xəbərim olmadan ola bilərdi amma fobiyam var idi qəlb qırmağa.Qəribə xüsusiyyətdir,həm də sərfəsiz.Kimisinin qürurunu qırmamaqçün,kimisinə yol göstərməkçün xəritə oldu səhvlərim.Nə qazandım bilirəm,çünki qazanc üçün etməmişəm.Vaxt keçdi,bəziləri anladı bəziləri isə inanmıram ki nə vaxtsa anlasın.Çətin dövrlər oldu mənimçün .Gah keçmişin agrı acısı sızıldatdı yaralarımı,gah qisas su səpdi alovlara.Kimi zaman üsyan etdim fərqində olmadan.Ardından peşmanlıqlara büründü yaşamım,keşgələrin sayı artdı getdikcə.Çətin oldu amma keçib getdi.Keçməyən birtək qorxu oldu.Bəzən naşükürlükdən qorxmaq,aza qane olmamaq,güvənib yanılmaq,güvənə bilməmək qorxusu vəs və i.Qara bir sükuta çevrildi o qorxu.Boğdu,öldürdü özəllikləri.Necə birşeydir? - Sadəcə olmalı olduğun kimisən,olduğun kimi yox.Susdum,içimə yığılan hərşey ciyərlərimdə şar kimi gizləndi.Hərdən elə təəssüf hissi keçirirəm ki,boğuluram.Hər təəssüf hissində dərin bir nəfəs lazımdır yaşamağa.Ciyərlərimdəki şar hərdən elə dərin nəfəslərlə dolur ki az qalır icimdə parçalana.Bir bəhanə,bir işarə,bir səbəb olur danışmağa.Amma lazım deyil,onsuz da eşitməyəcəklər. Həyatında olanları kənardan seyr etmək daha asandır əslində.Daha yaxşı anlayırsan olub-bitəni.Ən sevdiyin şəxsin keçib gedəcək deməyi acıdır.Axı nəyin keçəcəyini bilmir o.Çünki dinləmədi.Bəzən həyatda dəyərlilərin,sevdiklərin,canın qədər əzizlərin sənə parıltısını çox az gördüyün ulduz qədər yaxın olur.Varlığını duyursan, amma yaxınlığın aşkardır.Soruşsan hər kəs yanındadır.Harada?Çillə barmağının yanına yapışacaq qədər yaxınmı?Söhbət ərzində iki fərqli mövzudan danışacaq qədər yaxımı?Yoxsa ehtiyacları olan qədər yaxınmı? Susmaq lazımdır bəzən.Anlamayacaqlarını bilirsənsə susmaq lazımdır mütləq.Ən xoş üsyandır bu.Zərəri sənədir çünki.Qara fondaki ağ nöqtə qədər nəzərə çarpıb önəmsənilmədiyin halda.Biz öyrəşmişik qəbrinə danışmağa.Çoxdanki adətdir bu pozmağa çalışma. Bəli çox şeyə,çoxuna ehtiyac yoxdur artıq həqiqətən.Və anlayırsan ki,insan heçkəsə ehtiyac duymayanda əsil tənha olur!...