...Sonuncu Əlvida...
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 19:10 04 aprel 2018 tarixində əlavə olunmuşdur

..Sonuncu əlvida...

Aşiq olmaq istəmədim.

Çünki mənim yoxdu qəlbim,

Sevgiliyə ayıracaq yoxdu vaxtım,

Çoxdu dərdim...

Qapanmışam qaranlığa,səbəbini də anlamadan,

Öz-özümü məhkum etdim tənhalığa,

Anlamadı hec kim məni...

Ama nədənsə mən anladım,

Mənlə dərdin bölənləri,

Gedənlərçün darıxmadım,..

Ağlatmadım mənlə deyib gülənləri,

Qaşqabağlı olsam belə,

Xoşbəxt olmağı öyrəndim,

Yalandan...

İntihara meyilli ümidlərim var idi,

Ruhum sarsıldı kədərdən,

sarsıntıdan uçub qalan xəyallarım var idi...

Gümanlarım var idi bəlkələrlə bəzənən,

Cavabların tapmadığım,suallarım var idi...

Olmayacaq dualara amin dedim,

Mənim qəbul olunmayan dualarım var idi...

Zamanla keçər dedilər..

Keçdi zaman,,

sağalmadi yaralar..

Məlhəmi də tapılmadı,

Qanadıqca qanayırdı yaralar

Ve qınıyırdı cəmiyyət fərqli olan hər insanı,

Ruhum isə boş cismimdə tənəzzülə uğradı.

Sankı sevgi kederle ortaqdı,

insanlari aldadaraq məhv eliyir.

İnsanlara vəd etsə də sevinc dolu xoş anları,

İnsan ömrün birdən-birə zəhərə də çevirən o.

Sevgi neçə ailə yıxır,

Neçə gəncin ölümüne səbəb olur,

Sevgi necə duyğudu ki,

İnsanlara qənim olur...

Sevməməyimin səbəbi bəlkə elə bunlar imiş.

Hər nə imiş, indi nəsə yoxdu fərqi.

Bir vaxt baxırdı mənə Bakı yuxardan aşağı,

Bir binanın üstündəyəm və

Indisə mən baxıram Bakıya yuxardan aşagı...

Bağısla,bunları sənə deyirəmsə,

bilki sənə ərk edirəm...

Əlvidaları payladım,

Sən qalmışdın,

Əlvida Bakı!!

Səni də tərk edirəm!!!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0324 saniye