Sonuncu zərbə ("Ağ-Qara" adlı kitabdan ikinci hekayə)
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 23:18 23 yanvar 2016 tarixində əlavə olunmuşdur

 -Vur...Vur... Sən qalib olmalısan-Məşqçinin səsi hələdə gəlirdi.

Nakout-Hakim əlini havaya qaldırdı və məni qalib elan etdi...

Saat 19:00 və biz Bakının küçələri ilə əl-ələ gəzirik. Üç il bundan əvvəl universitedin həyətində tanış oldum bu gözəl qadınla. O, vaxtdan sonra həyatımın dəyişdiyini hiss etdim.

-Çox gözəl gülürsən-Bu sözü dedikdən sonra qızarmış yanaqlarını gördüm.

-Səndə ki, üç ildir gülməyimə söz atırsan-Zarafatyana cavab verdi.

-Nigar sənə bir sual verəcəm-Cümləni bitirən kimi öskürdüm.

-Urfan, hər bir sualıva cavab verməyə hazıram-Nigaran bağışlarla sual verməyimi gözləyirdi.

-Əgər məni boks yarışmasından Türkiyəyə aparsalar, onda səndə mənimlə gələrsən?-Alnımdan tərin axdığını hiss etdim.

-Sən bilirsən ki, mən sənin boks ilə məşğul olmağıvı istəmirəm. Türkiyəyə səyahət etməyin isə mənim lap qanımı qaraltdı-Cavabıvı aldın deyərək, üzünü Qız qalasına tərəf çevirdi.

-Off... Sən heç mənə boks barəsində dəstək vermirsən-Fikirli halda alnımdakı təri sildim. Hiss etdim ki, küsüb məndən. Keçən il onsuzda Gürcüstana gedə bilmədim, indi də Türkiyəyə getmək problemi yarandı. Əgər bu qıza bağlanmasaydım, çoxdan Amerikaya getmişdim.

-Gəl səni evə buraxım-Əlindən tutaraq söylədim. İri bir addımlarla irəliləyyirdik. Artıq hava çoxdan qaralmışdı. Qızın üşüdüyünü, əllərindən hiss etdim. Arabir yağan yağış, üzümüzə çillənirdi. Bu havada yalnız qadınımın saçlarında yatmaq istəyirdim. Amma üç ildir ki, sevgili kategoriyasında gəzirdik. Düzdür hələ ki, nişanlanıb, evlənmək fikrim yox idi. Bloklarına qədər ötürdüm, istədim deyim anava salam de, sonrada xatırladım ki, nə gic-gic danışıram heç anası məni tanımır.

-Sağol canım-Yanağından öpərək sağollaşdım.

-Sağol-Həvəssiz bir şəkildə, heç üzümədə baxmadan dedi.

Arxamı çöndüm və yolun kənarına çıxaraq qulağıma qulaqcıqları taxıb, ayağımdakı Nikeları asfaltın üzərinə qoyaraq musiqi sədaları altında irəlliləməyə başladım. Qolumdakı saatın əqrəbləri artıq 20:30-u göstərirdi. Evə çatmağıma isə hardasa 30 dəqiqə var idi. Metroya çatar-çatmaz, pul qabından metro kartını götürdüm. Metroda adamların çoxluğundan bezmişəm deyə öz-özümə deyinməyə başladım. Birdən yeni vaqona minmək istəyi ürəyimdən keçdi. Bəxtimə bax ki, arzum yerinə yetirildi. Vaqona minərək həmdə deyinirdim, bu vaqonlardan niyə azdır.

Evə çatan kimi çantamı yerə tulladım, özümü isə yatağa atdım. Amma yatağımda sağa-sola dönürdüm, heç cürə yata bilmirdim. İstanbula qızın xəbəri olmadan necə gedə bilərəm bu barədə düşünürdüm, ancaq ağlıma heçnə gəlmirdi. Telefonu əlimə götürüb Nigara zəng etdim.

-Alo-Soyuq bir səslə cavab verdi.

-Nə edirdin?-Ağlıma gələn ilk sualı verdim.

-Yatmağa çalışıram-Sözünü bitərən kimi əlaqə kəsildi.

-Lənət olsun, konturun bitməsi heç yaxşı olmadı. Nə isə indi yatım, sabaha bir şey fikirləşərəm-Gözlərimi yumaraq ağlımda istanbulu xəyal etdim...

ZrZrZrZrZrZr...Off indi niyə durmalı idim. Axı universitedi çoxdan bitirmişdim. Zəhrimara qalmış söndə. Sakit bir şəkildə əynimi geyinməyə başladım. Mətbəxə keçib, yemək hazırdır deyə anamdan soruşdum. Amma soruşmaz olaydım.

-Yenə dünən axşam hansı cəhənnəmdə idin?-Anamın əsəbi baxışları gözümə zillənmişdi.

-Sualını cavabsız qoymağa məcbur oldum-Zala gedirəm deyərək sağollaşdım.

Babbab barab bab... Babbab barab bab... Babbara barab bab... Qulağımdakı qulaqcıqla yenə asfaltın üzərində, əlim cibimdə və ən əsasda başımda kapişon irəlliləyirdim. Birdən gülmək tutdu məni. Yadıma qızı qorumağım düşdü. Gecə idi, evə yola salırdım onu və bu zaman üç dənə sərxoş insan əllərində bıçaqla qarşımıza çıxmışdı. Nigarın qolları bədənimi sıxırdı qorxudan. Məndə bundan zövq aldım. Ancaq sərxoş insanları döyərək keyfimi pozmuş oldum. Yazıqların zarıması hələdə yadımdan çıxmır. Həmin gecədə Nigar məndən incidi. Çünki vəhşicəsinə onları döymüşdüm.

Zalın qapısından içəri keçib məşqçi ilə görüşdüm. Sonra soyunma otağına keçib, Mayk Taysının şəkilinə baxaraq, boksa həvəsimi canlandırmış oldum. Nigarla söhbətdən sonra həmişə boksa həvəsimin azaldığını hiss edirdim. Ona görədə soyunma otağına Mayk Taysının şəklini vurmuşdum. Əynimi dəyişib məşqçinin yanına qayıtdım.

-Hazırsan İstanbula getməyə?-Gözləmədiyim anda bir sual ünvanlandı mənə.

-Bu gün gedirik?-Təəccüblü şəkildə sualımı verdim

-Yox sabah getməliyik-Məşqçi, gözünü ringdəki döyüşçülərdən ayırmadan danışırdı.

-Onda sabah danışarıq-Sözümü deyərək, ringə doğru irəllilədim. Bu gün özümə çox məşq edəcəyəm deyə söz vermişdim. Həmişəki kimi qulaqcıqları qulağıma taxıb, məşqə start verdim.

Nigar qızım, get mağazaya bir kilo un al. Yaxşı anacan gedirəm. Aşağı mağazaya düşərək Urfana zəng etdim. Amma zəngimə cavab vermədi. Hirsli bir şəkildə mağazaya girərək, satıcının üzərinə əsəbimi boşaltmış oldum.

Tər su içində soyunma otağına daxil oldum. Duş alıb, əynimi dəyişdim. Kapişonu başıma taxıb, əlimə telefonu götürərək zaldan çıxdım. Artıq hava qaralmışdı. Telefonumda 7 cavabsız zəngin olduğunu gördüm. Yəqin ki, zənglərinə cavab vermədiyim üçün dəli olmuşdu. Mağazaya daxil olub telefona kontur yüklədim. Sonrada tez bir şəkildə qıza zəng etdim.

-Alo, canım necəsən?-Sakit bir səslə danışırdım.

-Sənə nə var necəyəm. Niyə zəngimə cavab vermirdin? Yoxsa artıq İstanbuldasan?-Hirsli bir şəkildə danışmağa başladı.

-Hələ getməmişəm-Nə cavab verəcəyini səbrsizliklə gözlədim.

-Utanmadan hələ getməmişəm deyirsən. Deməli mənim sözlərim sənin üçün dəyərli deyil. Hara istəyirsən, rədd ol get-Bu sözlərdən sonra telefonu üzümə adboy verdi. Yenidən zəng etmədim. Çünki artıq bilirdim ki, götürməyəcək zəngimi. Evə sürətli attımlarla getməyə başladım.

Evə çatan kimi otağıma qalxdım. Bu dəfə yatağıma uzanmadım. Qələm və kağız götürüb anama və atama məktub yazıb masanın üzərinə qoydum. Qız üçün heç bir məktub yazmadım. Çünki dəfələrcə dalaşıb sonrada barışmışıq. Bu dəfə də barışacağımıza əmin idim. Ancaq İstanbuldakı yarışdan qayıtdıqdan sonra, ona zəng edib barışmağa cəht edəcəkdim. Ağlımda bir planım var idi. Şam yeməyinə dəvət edib ona mənimlə evlənməyi təklif edəcəkdim. Çünki artıq evlənməyi özümdə nədənsə istəmiş oldum. Beynimdə Nigarla bağlı planlarımı qurub bitirdikdən sonra məşqçimə zəng etdim.

-Alo, axşamınız xeyir-Narahatçılığa görə üzr istəyib, sözümə davam etdim.

-Sabaha bileti hazırlayın, kuboku götürməyə gedəcəyik-Özümdən razı halda dilləndim.

-Sən narahat olma. Sabah saat 10:00-da hava limanına gələrsən-Məşqçi sözünü deyib bitirdikdən sonra, xudahafizləşib telefona adboy verdi...

Günəşin şəfəqləri pəncərimin üzərinə yenicə düşürdü. Əynimi qalın geyinib, çantanı çiynimə taxdım. Evdəkilər hələ oyanmamışdı. Otağımdakı yastığın üzərinə məktubu qoyub, çöldəki qapıya doğru irəlliləməyə başladım. Çölə çıxan kimi başıma kapişonu, qulağıma isə qulaqcığı taxaraq avtobus dayanacağına doğru addımlamağa başladım. Ayaqlarımı sanki musiqi ritminə uyğun atırdım. Başımı isə əvvəlki kimi aşağı salıb, boş səkilərlə gedirdim. Avtobus dayanacağında çox gözləmədim. Əslində mən indi hava limanına getmirdim. Mənim gedəcəyim ünvan, dənizin kənarı idi. Təyyarəmin qalxmasına isə hələ vaxt var idi. Saat 10:00-da hava limanında məşqçi ilə görüşüb biletləri götürməliyəm, ondan sonra qeydiyyat bölməsinə doğru getməliyəm və ən sonda isə təyyarənin salonuna daxil olmalı idim. Göründüyü kimi hələ dəniz kənarı üçün ayıracağım zaman boldur.

Dalğalar... Dalğalar... Tənha dəniz... Görəsən neçə insan mənim kimi dərdini dənizə danışır. Məncə dənizin susmağı elə yaxşıdır. Kaş bəzi insanlarda susa bilərdilər. Ətrafımda o qədər boş-boş danışan insanlar var, bilmirəm onlar üçün nə edim. Hərdən düşünürəm ki, saysam bitməz. Bilirsən Türkiyədən qayıtdıqdan sonra evlənəcəm. Tanıyırsanda Nigarı? Hə dəniz? Gözəl qızdır bilirəm. Mənim üçün həyat yoldaşı, övladlarıma isə gözəl bir ana olacaq. Əlimə bir daş götürüb dənizin üzəri ilə uzağa fırlatdım. Yerə tulladığım çantanı isə çiynimə taxaraq, yavaş addımlarla irəlliləməyə başladım.

-Vaxtında gəlmisən-Məşqçi məni görən kimi üzündə təbəssüm yarandı.

-Salam. Xoş gördük. Mən tək yarışmaya gedirəm?-Təəccüblü halda soruşdum.

-Əlbəttə ki-Uzatmadan sualıma cavab verdi.

İstanbula gedən təyyarəyə doğru koridor boyunca addımlamağa başladım. Pəncərənin kənarında əyləşib, Nigarı düşünməyə başladım. Zəngdə etmədim. Ancaq qayıdım döyüşdən, ondan sonra sürpriz hazırlayacam onun üçün. Təyyarə qalxar-qalxmaz yenidən, qulaqcıqları qulağıma yeritdim. Hər zaman göylər mənim üçün maraqlı olub. Hətta bir anlıq fikirləşdim ki, kaş təyyarənin üstü olmazdı. Azərbaycandan artıq uzaqdayıq. Amma Nigar üçün artıq darıxmışam. Üç gün İstanbulda qalacaqdıq. Məşqçi əgər günü uzatsa, biletləri özüm alıb tək geri qayıdacam. Üç gündən artıq Nigarsız qala bilmərəm. Hələ üç saat tamam olmayıb, mən artıq Nigar üçün nəfəsim çəkilir. Bir anlıq içimdə sıxıntı yarandı. Düşündüm ki, əgər Nigar üçün bu qədər darıxıramsa, onda niyə İstanbula gedirəm. Nigarımı çox sevirəm, amma Nigarda məni sevirsə, zənnimcə sevir, onda məni başa düşməlidir. Off... Ürəyim dəhşət sıxılır. Deyəsən Nigardan ayrı düşməyimə görə peşman oluram. Gərək heç olmasa yarışmadan uduzmadan qayıdım.

İstanbula çatan kimi bir anlıq Nigara zəng etməyə çalışdım. Amma halbuki bakcell şəbəkəsinin burda işləməsi qeyri-mümkün idi. Məşqçi ilə birgə otelə gəldik.

-Səndə dincəl, mən indi gəlirəm-Sözünü deyib çölə çıxdı.

-Əslində məşqçimdən heç xoşum gəlmirdi. Sadəcə uşaqlıqdan onun yanına boksa qoymuşdular məni. Atamın ən yaxın dostudur. Ona görədə yanından ayrıla bilmirəm.

  Artıq yatmağa hazırlaşırdım ki, məşqçi qapıdan içəriyə daxil oldu.

-Yatırsan?-Deyə soruşdu?

-Hə yatıram. Siz hələ yatmırsız?-Soyuq baxışlarla soruşdum.

-Məndə yatacam. Gecən xeyirə. Sabah çalış tez durma, çünki yarışma axşam olacaq-Sözünü bitirib öz otağına doğru addımladı...

Məşqçinin sözünə çox baxmırdım. Ona görədə yuxudan tez oyandım. Ancaq onu öz yatağında görə bilmədim. Əynimə kurtkanı keçirdib, çölə çıxdım. Otelin yan dövrəsində fırlanmağı düşündüm, çünki istanbulu yaxşı tanırmırdım itmək ehtimalım var idi. Həmişəki kimi, qulağımda qulaqcıq gəzişirdim. Amma bu dəfə eyni yollardan keçirdim. Sıxılıb otağıma qayıtmağı istəyirdim ki, birdə gördüm məşqçi məni araxadan səsləyir.

-Nə tez durmusan?-İri addımlarla yaxınlaşaraq soruşdu

-Yuxum yox idi. Biz saat neçədə gedəcəyik yarışmaya?-Ciddi baxışlarla sual verdim.

-Hardasa saat 19:00-da. İstanbulun vaxtı ilə deyirəm sənə-Gözlərini ətrafına zilləyək danışırdı.

-Niyə belə gec?-Tələsik şəkildə sual verdim.

-Nə bilim yarışmanın vaxtını elə təyin ediblər-Sözünü bitərən kimi, otelin qapısından içəriyə daxil olduq. Otağa keçəndə isə mən sonuncu sualımı verdim. Bəs mən məşq etmiyəcəm?

-Edəcəksən. Amma axşam məşq etmiş olacaqsan-Sualımın cavabını əslində tam almamışdım. Amma nə isə deyib səhər yeməyi üçün masanın qabağında əyləşdik.

Saatdakı əqrəblər indi mənə qarşı çıxırdı. Nigara qovuşmaq sabah yox o  birisi gün mümkün olacaqdır. Saatın əqrəbləri isə yavaş taqqıldayırdı. Çox darıxmışam onun üçün, heyf ki, zəng edə bilmirəm. İndi yalnız zamanın tez keçməsi üçün yatmalı idim...

Yuxudan gec oyandım. Amma yola düşməyimizin tam zamanı idi. Ən azından durub boş-boşuna oturmuş olmayacaqdım. Oteldən çıxan kimi bir taksiyə əyləşdik. Gedəcəyimiz yer mənə nə isə qəribə gəldi. Ünvana çatdıqda isə tam şəkildə məşqçinin üzünə tüpürdüm.

-Get rədd ol burdan, sən məni əla salmısan?-Hirsimi boğa bilmirdim.

-Sən bunu etməyə məcbursan. Küçə döyüşünə gətirmişəmdə səni burda nə var ki-Sifətindən saxtakarlıq yağırdı.

-Dəli olmusan. Mən heç vaxt küçə döyüşü ilə əlaqəli yarışmalarda iştirak etməmişəm-Hirsimin hələdə soyumadığını hiss edirdim.

-Nə olar ki, indi iştirak edərsən. Həmdə bura bax. Sevgilivə görə döyüşməyə məcbursan-Sonuncu cümləsindən sonra üzərinə atlayıb onu boğmağa başladım. Amma başıma dəyən zərbədən sonra, özümü qəfəslərdən düzəldilmiş ringin daxilində tapdım. Bax indi mənim çıxış yolum qalmamışdı. Qarşı tərəfdəki yekəpər mənim ayağa durmağımı gözləyirdi. Ağlımdan bircə bunu keçirtdim. Sağ qalıb, o saxtakarı gəbərtmək. Ayağa qalxıb rəqibimin üzərinə mən hücum etdim. Ancaq qarşı tərəfdən gələn zərbənin dadını hiss etmiş oldum. İkinci dəfə endirələn zərbəni dəf edə bildim. Amma qarnıma dəyən təpik məni yerə uzandırmağa bəs etdi. İlk dəfə idi ki, üzərimdə  bir yekəpər oturmuşdu. Ağzıma dəyən yumruq zərbələrindən sonra dişimin sındığını hiss etdim. Rəqib qətiyyən üzrimdən durmaq istəmirdi.

-Müəllim səncə o uduzacaq?-Küçə döyüşlərinin sahibi məşqçiyə sual verdi.

-Bilirsiz ser. Mən hal-hazırda dua edirəm ki, yekəpər onu öldürməsin. Amma heyf ki, şikəst qalacaq-Gözlərini döyüşdən ayırmadan danışırdı.

Dodağım partlamış, bir dişim isə artıq sınmışdı, yox deyəsən iki dişim sınmış vəziyyətdə idi. Yekəpərin üzərindən qalxmaq cəhdlərimin boşuna getdiyini görəndə, özümü ölülüyə vurmaqdan başqa çarə görmədim. Üç zərbədən sonra hiss etdim ki, yekəpər artıq üzərimdən durmağa hazırlaşır. Yenicə sevinmişdim, birdə hiss etdim ki, qarnıma möhkəm bir təpik dəydi. Döyüşdən sonra özümü zibilxananın küncündə tapdım. Huşum yenicə özünə gəlirdi. Bu əclafların heç meyitlərədə yazığı gəlmirdi. Əgər bicliyə əl atmasaydım, həqiqətən indiyə qədər mən sağ qalmayacaqdım. Hər yerim sızıldayırdı. Gücnən yolun kənarına kimi gəldim. Maşınlardan biri saxladı və naməlum bir adamın mənə kömək etdiyini gördüm. Huşumu yenə itirib yerə sərildim. Amma bu huşumun itməsi koma ilə nəticələndi. Başımdan ağır bir dərəcədə zərbə almışdım. Ancaq kaş bu komadan ayılmazdım. Yeddi ayın necə sürətlə keçdiyi mənə qəribə gəlirdi.

9 ay sonra...

Günəşin şəfəqləri düz mənim üzərimə işıq saçırdı. Daxmam foto şəkillərlə dolu idi. Yeddi ay komadan qaldıqdan sonra, iki ayda depressiya vəziyyətinə düşdüm.

-Siz komadan sonra Azərbaycana qayıdan kimi Nigarın evinə bir dəfəlik getdiz?-Jurnalistin sualları artıq mənə daha çox əzab verirdi.

-Yox... Öz evimə getdim... Ancaq anamı və atamı tapa bilmədim. Qonşulardan soruşdum dedilər ki, üç ay bundan qabaq Amerikaya köçüblər-Saqqalımı qaşıyaraq cavab verdim.

-Bəs ailəviz sizi axtarmırdı?-Növbəti sual ünvanlandı.

-Birinci dəfə deyildi icazəsiz xaricə getməyim. Həmişə məktub buraxıb gedirdim. Onsuzda mənimlə əlaqə saxlıya bilməyəcəkdilər. Çünki telefonum və şəxsiyyət vəsiqəmi oğurlamışdılar.  Bir söznən yeddi ay komada qaldığım zamanda da heç kim məni tapa bilməmişdi-Göz yaşlarına boğulduğumu hiss edirdim.

-Məşqçivizə nə oldu?-Komadan ayılan kimi, polislər məni sorğu sual etdilər. Ondan sonra saxtakarı axtardılar. Tapa bildilər. Amma cəsədini tapmış oldular.

-Bayaqkı sualıma tam cavab vermədiz. Onu bildim ki, Nigarın evinə getmədiz, bəs sevgilivizi tapa bildiz?

-Əlbəttə tapdım. Hətta indi durub onun yanına gedərik. Ancaq indi o gülləri çox sevir-Gözlərimi yerə dikərək cavab verdim.

-Anlamadım?-Təəccüblü baxışlarla soruşdu.

- Mən küçə döyüşündə olan günü o maşın qəzasına düşüb, torpağa tapşırıldı-Hönkür-hönkür ağlayaraq şəkillərini qucaqladım.

-Başınız sağ olsun-Jurnalistdə göz yaşlarını saxlıya bilmədi.

-Məni bağışlayın getməliyəm.Susuyub o, ona  su verməliyəm. Həmdə onun üçün çox darıxmışam-Cırıq paltarım ilə göz yaşlarımı silib, daxmanın qapısından çölə çıxdım.

Komadan çıxan gənc boksçu dəli oldu-Jurnalist qeyd dəftərçəsində məqalənin başlığını qeyd etdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0292 saniye