Sormagil əhvalımı, halım pərişan olmuşam
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:42 22 yanvar 2016 tarixində əlavə olunmuşdur

Sormagil əhvalımı,halım pərişan olmuşam,
Firqətin dərdin çəkib ağlar gözüm qan olmuşam.
***
Çarəsin axtarmagil qəmdən yanan bimarların,
Sanmışam onlar çəkən min dərdə dərman olmuşam.
***
Salmışam mehrim ,gülüm,heyran olub gül çöhrənə,
Ol səbəbdən qəm ilən bir təndə bir can olmuşam.
***
Etmədim eldən nihan, qəlb ağrıdan sirrim əyan
Ey könül,ayrılmışam ondan,qəriban olmuşam.
***
Keçmişəm candan yarın,billah,vəfasın görmədən,
Çoxdu dərdim,Mövluda,dillərdə dastan olmuşam.

31.03.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.043 saniye