Sosial şəbəkələr bizə nə verir?
Bahar F-va tərəfindən "Müsahibə" bolməsinə 18:37 22 fevral 2014 tarixində əlavə olunmuşdur

Nədənsə sosial  şəbəkələrin bu gün bizə nələr verəcəyi barədə  danışanda çoxları buna mənfi  aspektdən baxır. Bütün  yaxınlarımızla bir arada ola biləcəyimiz  məkanlar artıq hər hansı real yerler deyil, məhz virtual  kommunikasiyanın olduğu  sosial şəbəkələrdir.  

 Amma bu məkanda konkret davranış qaydaları, istifadəçilər  üçün etik  kodekslər də hələ mövcud deyil. Buna baxmayaraq hazırda sərhədsiz ünsiyyət saxlama imkanlarına malik olmuşuq. Çoxsaylı əks fikirləri nəzərə alsaq deyə bilərik ki, problem bu şəbəkələrin varlığında deyil,  onların hansı məqsədlə istifadə olunmasındadır. Hazırda internetə olan sonsuz asılılıq, gənclərin bu  sferada öz fəaliyyətinin düzgün  istiqamətləndirə bilməməməsi bir sıra problemlərə gətirib çıxarır.

Bu məsələlərin həllini Azərbaycanda Yeni medianın təsisçilərindən olan və Bakı Slavyan Universitetində Yeni Media kafedrsının müəllimi Səbinə xanımla (Səbinə İzzətli) tapmağa çalışdıq.

-Axır zamanlar gənclər üzərində internet asılılığının son dərərcə qloballaşması sizcə hansı problemlərə gətirib çıxara bilər?

-İnternet bu gün, xüsusən də, gənclərin həyatının ayrılmaz hissəsidir. Qloballaşan dünyamızda internet sayəsində həyatımız asanlaşdığı qədər də mürəkkəbləşir, yeni risklər ortaya çıxa bilir. Bu səbəbdən əslində kiberməkan dediyimiz internetə bağlı olan bu virtual dünyada düzən axtarmaq saflıq olar, düzənsizlik içindəyik. Amma əlbəttə ki, buranın da öz qayda-qanunları var. Bu baxımdan gənclər internetdə olduqları zaman bu məkanı yaxşı tanımalıdırlar, istifadə etdikləri saytların xarakterinə bələd olmalıdırlar ki, sonradan problemlərlə üzləşməsinlər. Bir sözlə, internetin üstünlüklərindən effektiv faydalanmaq üçün internetdən istifadə savadlılığı artmalıdır. Yalnız bundan sonra virtual məkanın etik, hüquqi və.s problemlərindən uzaq durmaq olar.

 -Bildiyimiz kimi bu yaxınlarda Oxford Universitetinin tədqiqatçıları da bir çox  tədqiqatlar apardı və məlum oldu ki,  Sosial şəbəkələr gənclərin qürurlu və məqsədli böyüməsinə səbəb olur, eyni zamanda gənclərin şəxsiyyətini formalaşmasına mənfi təsir edir, sizcə bu nədən irəli gəlir?

-Bənzər tədqiqatlar günümüzdə aktualdır, bir çox qurumlar yeni medianın məşhur qolu olan sosial medianın insanların həyatına təsirlərini araşdırıb öyrənməyə çalışır, monitorinqlər keçirir. Sosial media deyəndə ağlımıza öncəliklə sosial şəbəkələr gəlir ki, bunun da başında Facebook dayanır. Mən doğrusu sosial şəbəkələrin gənclərin formalaşmasında zərərli olduğunu düşünmürəm. Yəni toplumda çoxdan var olan zərərlər olub, indi də var. İnsanlar cəmiyyətdə formalaşır. Sosial şəbəkələr olmasa belə insanın formalaşmasına zərər verəcək faktorlar olacaq. O zaman gərək hər kəs öz köşəsinə çəkilib ünsiyyətdən məhrum qalsın.

Sosial şəbəkələr gənclərə daha çox azadlıq və sərbəstlik verdiyi üçün bəzən gənclər bundan yanlış məqsədlər üçün istifadə edə bilir. Şayiələr, təhqirlər və.s. ola bilir. Amma bu faktorlara görə ümumilikdə sosial şəbəkələri təhlükəli alət olaraq dəyərləndirmək olmaz. Sosial şəbəkələr həm də səssizlərin səsidir. Nə qədər sosial kampaniyalar aparılır, ictimai qınaqlar olur bu şəbəkələrdə. Burada bir toplum var və real toplumda yaşanan problemlər əlbəttə ki burada da fərqli şəkildə belə olsa yaşanır. 

-Son zamanlar sosial şəbəkələr üzərindən aparılan təbliğat məsələlərinə münasibətiniz necədir?

-Baxır təbliğatın xarakterinə. Əgər sosial şəbəkə əhli cəmiyyətdə hansısa haqsızlığa, qanunsuzluğa, rüşvətə, saxta seçkilərə və.s. reaksiya bildirmək üçün sosial şəəkələrdən alət olaraq istifadə edirsə burada pis nə var ki?! Türkiyənin Van bölgəsində zəlzələ nəticəsində yüzlərlə insan evsiz qaldı. Dünyanın dörd bir yanından insanlar Facebook və Twitter vasitəsilə zərərçəkmişlər haqqında məlumat yaydılar, yardım topladılar. Bu da bir təbliğat idi. Yardımlaşmanın təbliğatı. Digər bir misal, ABŞ prezidenti Barak Obama seçki ərəfəsində sosial şəbəkələrdən təbliğat vasitəsi kimi çox peşəkarca istifadə etdi və nəticəsi göz önündə. Belə nümunələr çoxdur.

-Biz bilirik ki, bu çox mürəkkəb bir sistemdir,nəzərə alsaq ki bu şəbəkələr bizim necə davranmağımiz üçün heç bir məhdudiyyət qoymur və sizcə belə olduğu halda bununla bağlı  hansı maarifləndirici işlər aparmaq lazımdır?

-Bilgiləndirmə mütləq olmalıdır. Orta məktəblərdə, eləcə də ali məktəblərdə kompüter savadlılığı adı altında həm də bu yeni məkan öyrədilməlidir. Sosial şəbəkələr yeni dünyanın məhsuludur, yeni mediadır. Burada işin fəlsəfəsi sadəcə sayta daxil olub, qeydiyyatdan keçmək deyil. Sosial şəbəkələrin təsirləri, xarakteri, faydaları, riskləri və.s. tədris olunmalıdır. Mən Bakı Slavyan Universitetində Jurnalistika fakültəsində Yeni media dərsini keçərkən tələbələrim arasında sosial şəbəkələrdən qorxub qaçanlar var idi. Semestr sonunda məhz o tələbələrim ən aktiv və effektiv istifadəçilər oldu.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Bahar F-va
Haqqında
Baki Slavyan Universiteti (Jurnalistika, IV kurs)
Əlaqə
E-mail:
baharfva587@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0479 saniye