söylər
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 13:21 11 yanvar 2015 tarixində əlavə olunmuşdur

Gər eylərsə, nəzər dilbər mənə -divanədir- söylər.

-Eşq camını nuş eyləmiş əsl məstanədir- söylər.

 

Qəlbim eşqi-canan ilə elə bərbad olmuş, görən:

-Bu viranə viranədən dəxi viranədir- söylər.

 

Yanar şamu-səhər ruhum atəşi-eşq ilə mənim.

Məni pərvanələr görsə, mənə -pərvanədir- söylər.

 

O dildardan gələn qüssə sevincim, şadlığımdır, çün

Yar olmazsa, qəlb şadlığa -kədər, qəmxanədir- söylər.

 

Söz açma çox da eşqindən, Cinan, eşqi yaşan anlar,

O şəxslər ki, bixəbərdir, -bu bir əfsanədir- söylər.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0286 saniye