Soyun
Sən An tərəfindən "Şeir" bolməsinə 15:14 01 may 2014 tarixində əlavə olunmuşdur

Soyun!
paltarını yox,
beynini.
ruhunla sevişmək istəyirəm,
bu sevişmədə səninlə bir az,
didişmək istəyirəm.
soyun qəlbini,
içindəki sevgini, nifrəti göstər.
soyun damarlarını,
baxım görüm hansısan?
isti yoxsa soyuqqanlısan?
soyunmaqdan utanma,
geyinməkdən utan,
maskaları,sənin olmayanları.
Soyun!
mən də soyunacam,
sifətimi,gözlərimi,
sənə saf baxışlar baxacaq
sonda hər ikimizə
çılpaq həqiqət qalacaq.

 

 


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0354 saniye