Soyuq fəslim
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 23:26 18 iyul 2015 tarixində əlavə olunmuşdur

Bu səhnədə yalnız ikimizik, iki qəlbə bağlıdır bədənimiz
İcazə ver sığallayım saçıvı, götürüm sənin əllərivi
Soyuq fəslimdə, isidərəm öz əllərimi
Qoy sənin ətrin bürüsün bütün kainatı
Saçlarınla rəqs etsin küləklər
Əlivi uzat mənə, qorxma
Soyuq fəslim olsada darıxma
Yenədə bir təhər isidərəm sənin ürəyivi
Fəslimi dəyişə bilmərəm, bağışla məni
Çünki hələ tapmayıb, isti fəsil məni
Gəl sənidə aparım öz fəslimə, onda anlayarsan məni
Bəzi insanlar çox istidir, yandırırlar adamı
Şeytana bənzəyən üzümdə yoxdur ki
Məndə od tutub yandırım onları
Bir söz de mənə qadın
Sevirəm deməyədə bilərsən
Amma soyuq fəslimdə de ki, qalacaqsan mənimlə
Ürəyim balacadır, bir neçə qadına yer verə bilmirəm mən
Ancaq sən gəlsən və desən ki, qurtaracam səni uçurumdan
Onda deyərəm xoş gəlmisən isti fəslim...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0415 saniye