soyuq noyabrım,
gətir mənə bir az payız.
tökülsün bədənimdən yarpaqlar,
qollarım ağac kimi olsun.
çəkilim yağışlı bir təkliyə,
üşüyüm,islanım yalnızlıqdan,
buludlar göy üzündən yox,
gözlərimdən asılsın,
mənə də bunlar qalsın payızdan.
soyuq noyabrım,
gətir mənə sarı rənglər,
bəlkə bu sarıların, mənim həyatımı rənglər.