Söz düşmüşkən gözəllikdən,sevgilim....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:44 18 dekabr 2014 tarixində əlavə olunmuşdur

SÖZ DÜŞMÜŞKƏN GÖZƏLLİKDƏN,GÖZƏLİM....

Söz düşmüşkən gözəllikdən,gözəlim,
Bəxtəvərdi səni alan,kim ola?
Gül əndamın başdan başa tamaşa,
Başqa məni dərdə salan kim ola?
*****
Üz yanında zərəfşandı tellərin,
Ağappaqdı zərif,incə əllərin.
Necə canım alıb şirin dillərin,
Halım bilib,xəbər alan kim ola?
***
Vurğunuyam sənin kimi dildarın,
Sən də Mövlud,olsun əhdin,ilqarın.
Görüm üzü dönsün zalım əğyarın,
Sənə məndən demiş yalan,kim ola?

3.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0374 saniye