Söz verdinsə əməl elə sözünə.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:54 03 aprel 2015 tarixində əlavə olunmuşdur

Söz verdinsə əməl elə sözünə.....

Söz verdinsə,əməl elə sözünə,
Dik baxasan insanların gözünə.
Halallığı şüar elə özünə,
Coşub-daşan ümman olub çağlama
***
Deməmisən,heç də demə yalanı,
Bağışlama səni dərdə salanı.
Yeyəcəkdir qabağından qalanı,
Namərd kəsi yeməyindən saxlama.
***
Çox dəyişib indi zaman,səbr elə,
Yaxşılığa etmə yaman,səbr elə.
Pislik etmə,çəkin hər an,səbr elə,
Asi olub sinələri dağlama.
***
Razı olma alçaq,nadan,filanlar,
Söyləsinlər haqqında çox yalanlar.
El içində biabır,xar olanlar,
Cəhənnəmdi yerin,qapı bağlama.
****
Mən demirəm,idealdı insanlar,
Mövlud,səni dərdə saldı insanlar.
İnsanlıq bəs harda qaldı,insanlar___
Cənnətindən qovulmusan,ağlama.

25.10.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0437 saniye