SÖZÜM HƏRƏM AĞASININ AZƏRBAYCANLI KƏNİZLƏRİNƏDİR
İlkin Şərifov tərəfindən "Digər yazılar" bolməsinə 16:54 22 aprel 2014 tarixində əlavə olunmuşdur

Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu yarı…
(Səməd Vurğun)

Dost demişkən tarix boyu başımıza nə gəlibsə elə dostluqdan gəlib. Kimə qucaq açmışıqsa sinəmizə dağ çəkib gedib, hələ getməyi o yana qalsın biz zorla qovmuşuq.

Saqqal kolleksiyası

Çox uzağa getməyək elə götürək “saqqal kolleksiyası” yığan əxilərilərimizi… Guya qardaşlıq üçün, yaxşılıq üçün fəaliyyət göstərirdilər amma iş elə gətirdi ki, öz saqqalları içində boğuldular.  Uzatdıqları saqqal boğdu onları. Saqqal uzandıqca şalvarları gödəldi, şalvar gödəldikcə iç üzləri orataya  çıxdı. İş o yerə çatdı ki, uzun saqqalları eyiblərini örtə bilmədi. Balacaların qoxru mənbəyi, böyüklərin məzəsinə çevrildilər. Elə bilmişdilərki bu xalq hər yoldan ötən uzun saqqala baş üstə deyib qulluq göstərəcək.

Nurlu generator

Təzəcə saqqallıların səsi batmışdı ki, birdə gördük aləmə nur yayılıb, camaatın gözləri nurdan başqa heç nə görmür. Gah dedilər qardaşlığımızın nurudur, gah dedilər ki təhsilimizin nurudur. Axırda nə qardaşlıq oldu, nə də ki təhsil, sən demə bütün bunların hamısı elə kitayski (çin istehsalı) generatorların işığıdır. Xalqın neftini öz generatorlarına dolduraraq bizə yalançı nurlarını sırımağa çalışdılar. Görəsən niyə bizim bəxtimizə belə yazılıbki hər gələn bir dağ çəkmək istəyir?  Yaxşıki bu nur generatorlarının kökünü vaxtında tapdıq. Yoxsa nə nur qalacaqdı nə də generator.

Hərəm ağası

İndi də biri çıxıb ortaya adını da qoyub “hərəm ağası”. Bir kanal açıb beş-on nəfər sinəsi açıq kənizləri də yığıb ətrafına camaata meydan oxuyur. Deyəsən bu xədim ağa Şah Qacarın başına gələnləri bilmir. Məgər bilmirmi ki, bizim Vaqiflərimiz, Vidadilərimiz xədim ağanı məhşur edib məşhurluğunu burnundan tökər? Yəqin ki bilmir, O nəinki bunları bilmir, heç dünyadan xəbəri olmayan ağası ölmüş xədim kölədən seçilmir. Yəqinki çoxları bu haqda hələ yazacaqlar amma son olaraq bir şey demək istəyirəm. Sözüm hərəm ağasının azərbaycanlı kənizlərinə, canlarınadır : “Yadınızda saxlayın bir kənizin bir  neçə sahibi olar, bir sahibin isə nə qədər istəsə hərəm ağası. Siz ağanı sevməyin, sahibinizi sevinki sonra ortalıqda qalıb qurda-quşa yem olmayasız.”


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : ilkinsemedoglu@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
ilkinsemedoglu@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0278 saniye