Təmiz Gəncə ləhçəsi ilə,özünə məxsusluğu ilə seçilən veteran futbolçu- Nizami Salahov. Həqiqətli danışan,heç nədən və heç kimdən çəkinmədən sözü üzə deməyi bacaran, boğazdan yuxarıdan danışmayan və ən önəmlisi millətini sevən-Nizami Salahov. Milli dəyərlərə söykənən,əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə əks edən Nizami Salahov.
Oynadığı dövrlərdə Gəncə futboluna bütün varlığı ilə sadiq qalan, hamının “Neftyanik”ə (indiki Neftçi) düşmək üçün dəridən-qabığdan çıxdığı bir vaxtda (başqa vasitələrlə olsada) öz oyunu ilə millionlarla futbol azarkeşlərinin sevimlisinə çevirilən Nizami Salahov. “Neftçi”yə getmək istəmirdi zorla apardılar. Respublika rəhbərliyi səvviyəsində (M.Zeynalovla birlikdə). Lakin inadkarlıqla Gəncəyə qayıtdı.
Özünün dediyinə görə Gəncə üçün gəncəli azarkeşlərin alqışları üçün çox darıxmışdı. Nizami Salahov Gəncə “Dinamo”su ilə 1967 –ci ildə yüksək liqaya yüksəldi. Təəssüflər olsun ki liqada duruş gətirə bilməyiblər(1968). Nizami Salahov dağılmış komandanı tərk etmədi 1975-ə qədər komandanı ardınca apardı. Əgər bugün milli idman ustası adı təsis edilsəydi tərəddüd etmədən bu adın ilk sahibi olardı-Nizami Salahov.
Baxmayaraq ki o laiqli ada malik idi SSRİ idman ustası Nizami Salahov.təbiətçə bir qədər çılğın idi Nizami Salahov.Həmişə deyərdi ki “Neftçi”də rus-erməni qruplaşmasına qarşı olubdur-Nizami Salahov.
Türkoğlu türk idi,haqsılığı sevmirdi,haqlının haqqını müdafiə edirdi,Nizami Salahov. Allah onu belə yaratmışdı: əvəzsiz dost, tələbkar ailə başçısı, sevimli müəllim, vicdanlı vətəndaş,qürurlu şəxsiyyət.
Onun haqqında keçmiş zaman formasında nə danışmaq nədə ki yazmaq olmur. Onun gülərüz siması,şuh zaraftları,şirin gəncə ləxçəsi ilə danıştığı xatirələr,lətifələr tanıyanların yaddaşına əbədi hək olunub-Nizami Salahov.
R.S.Bizim Eltv-nin dəfələrlə “100% futbol” verlişinin qonağı olmuşdur Nizami Salahov.Verlişin aparıcısı M.Bəhruzun “Azərbaycan futbolunun qələcəyini necə görürsünüz”? sualına “Perspektiv görmürəm” deyə cavab vermişdir Nizami Salahov.Mənim “bu qədər malliyə yatırımı,yeni stadionlar,meydançalar,perspektiv vədd etmirmi”? sualıma özünə məxsus sərt şəkıldə-“Savadsız,şəriştəsiz məşqçilər üstə gəl qərb bölqəsinin futbolsuz qalması” cavabını verdi-Nizami Salahov.
Bəlkədə elə bu dərd aramızdan vaxtsız apardı səni. Sənə ölüm yaraşmırdı qardaş. Heyif…çox heyif…
Son olaraq əlavə edərdim ki Azərbaycan futbolu Anatoliy Banişevskidən sonra daha bir korifey futbolçusunu itirdi
Heyif, heyif, çox heyif…