Stalinin ciddi zarafatları
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 14:44 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

Mürəkkəb və ziddiyətli xarekteri olan İosif Stalin yumor hisslərindən də məhrum olmayıb.Bəzən onun zarafatları qarşısındakı insanları çıxılmaz vəziyyətə də salıb. Bəlkə də rəhbər öz zarafatı ilə həmsöhbətinə həqiqəti çatdırıb. Axı hər zarafatda bir həqiqət var.

Müharibədən sonra general-polkovnik rütbəli hərbçi Stalinə mövcud vəziyyət haqqında məruzə edir.Stalin öz razılığını bildirdikdən sonra hiss edir ki, yüksək çinli hərbçinin deməyə yenə də sözü var və soruşur: — Siz yenə nə isə demək istəyirsiniz?

— Yoldaş Stalin, şəxsi bir məsələ ilə bağlı müraciət etmək istəyirəm.

— Buyurun

— Almaniyadan özümə lazım olacaq bir neçə əşya götürmüşdüm. Sərhəddə yoxlanış məntəqəsində onları götürərək ölkəyə keçirməyə icazə vermədilər. Xahiş edirəm ki, o əşyaları mənə qaytarsınlar.

— Heç bir problem yoxdur, raport yazın, dərkənar qoyum.

General-polkovnik əvvəlcədən hazırladığı raportu cibindən çıxarıb Stalinə uzadır. Stalin dərhal raporta dərkənar qoyur: “Polkovnikin əşyalarını özünə qaytarın. İ. Stalin”.

General-mayor sevincək dərkənarı oxuyur və görür ki, rütbəsi düzgün yazılmayıb:

— Yoldaş Stalin mənim rütbəm polkovnik yox, general-polkovnikdi.

— Yoldaş polkovnik gedin əşyalarınızı götürün, siz artıq polkovniksiniz.

***

Kremldə Stalinin iştirakı ilə Kömür Sənayesi Nazirliyinə başçı təyinatı ilə bağlı müzakirələr gedir. İştirakçılardan biri Zasyadkonun namizədliyini irəli sürəndə digəri etiraz edir:

— Zasyadko yaxşı mütəxəssis olsa da, çox içir, içkiyə meyllidir.

Müzakirələr yarımçıq qalır. Səhərisi günü Stalin Zasyadkonu Kremlə dəvət edir. Onunla söhbət edə-edə gələcək nazirə içki təklif edir. Zasyadko imtina etmədən araq süzülmüş qədəhi götürür:

— Stalinin şərəfinə!

Beş-on dəqiqədən sonra Stalin qədəhi yenə də doldurur. Bu dəfə də Zasyadko imtina etmədən qədəhi başına çəkir. Stalin duruxur və üçüncü dəfə qədəhi doldurmaq istəyəndə nazir olmağa namizəd imkan vermir:

— Yoldaş Stalin, Zasyadko içkinin qədərin bilir. Növbəti gün nazir postuna namizədlərin müzakirəsində Zasyadkonun adı çəkiləndə Stalin müzakirələrə son qoyaraq öz qərarını verir:

— Zasyadko içkinin qədərin bilir. Müzakirələrə son qoyuruq, Zasyadko nazir təyin olunsun.

***

Müharibə illərindən sonra İosif Stalin SSRİ Yazıçılar İttifaqının rəhbəri Aleksandr Fadayevlə bir neçə gün əlaqə yarada bilmir. Nəhayət bir müddət sonra Fadayev iş yerində tapılır. Stalin soruşur:

— Yoldaş Fadayev, neçə gündür mən sizi axtarıram, hara yoxa çıxmısınız?

Fadayev çəkinmədən cavab verir:

-Yoldaş Stalin içirdim, “zapoy”, ayıla bilmirdim.

— Sizdə bu “zapoy” neçə gün çəkir?

— Düz on iki gün Stalin gülümsəyərək cavab verir:

— Yoldaş Fadayev, siz çalışın bizim digər kommunistlərimiz kimi “zapoy” müddətini üç günə endirin.

***

Stalinin sevimli müharibə qəhrəmanlarından olan marşal Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirir. Ev hazır olandan sonra o böyük ziyafət təşkil edir. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edir. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyir:

— Konstantin Konstantinoviç, yetim uşaqlar üçün belə birev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm.

Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayır. Sonradan Rokossovski özünə kiçik bağ evi tikir. Ancaq bu dəfə ziyafət təşkil etmir.

***

Ziyafətlərdə ilk badələri xanımların şərəfinə qaldıran marşal Rokossovski qadınlara qarşı olduqca həssas insan olub. Marşal gözəl aktrisa Valentina Serova ilə sevgi macəralarına başlayanda bu haqda əlaltıları Stalinə məlumat verirlər:

— Yoldaş Stalin, marşal Rokossovski indi də aktrisa ilə sevişir. Nə tədbir görək, nə edək?

Stalin gülə-gülə cavab verir:

— Heç nə etmək lazım deyil. Sadəcə qibtə və paxıllıq edin.

***

“Pobeda”nın istehsalına yeni başlayanda Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni sovet maşınının adı “Vətən” olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur:

— Bəs “Vətən”i neçəyə satmağa hazırlaşırsınız?

Bu sualdan sonra avtomobilin adını dəyişib “Pobeda” qoyurlar.

***

Stalin hərbi dəniz komissarının müavini admiral İsakova zəng vuraraq bildirir ki, onu hərbi dəniz donanmasının qərərgah rəisi təyin etmək istəyir. Admiral bu təklifə görə rəhbərə minnətdarlığını bildirir və deyir:

— Yoldaş Stalin, mən həmişə sizin əmrinizi yerinə yetirməyə hazıram. Mənim bir ayağımı cərrahlar kəsiblər. Ona görə də mən bu vəzifədən imtina etmək məcburiyyətindəyəm.

— Siz elə buna görə narahatsınız?

— Bəli.

— Yoldaş admiral, əvvəlki qərərgah rəisinin başı yox idi, amma işləyirdi. Sizin isə cəmisi bir ayağınız yoxdur. Deməli işləyəcəksiniz.

***

1941-ci ilin oktyabr ayında Nikita Xruşov çox böyük həyəcanla Stalinin qəbuluna gəlir və içəri daxil olan kimi deyir:

— Yoldaş Stalin, bir saatdan sonra alman qoşunları Moskvanı işğal edəcəklər. Stalin əyləşdiyi yerdə başını qaldırmadan qarşısındakı kağızlarla məşğul olaraq əli ilə qarşısındakı stulda ona yer göstərir və öz işinə davam edir. Düz bir saat kabinetdə sükut hökm sürür. Bir saatdan sonra Stalin telefonu götürüb kiminləsə danışır, sonra isə telefonun dəstəyini Xruşovun başına döycələyərək soruşur:

— Bir saat keçdi, indi cavab ver görüm hanı sənin almanların?

***

Akademik Boqomolets uzunömürlülük nəzəriyyəsini irəli sürəndə Stalin onun elmi yaradıcılığı üçün xüsusi şərait yaradır. Nəzəriyyədə insanın 150 il ömür sürmək mümkünlüyü ilə bağlı fikirlər rəhbərdə maraq doğurur. Ancaq bu maraq tez də sönür. Çünki 1946-cı ildə akademik Boqomolets 65 yaşında vəfat edir. Akademikin vəfatı haqqında Stalinə məlumat verəndə o başını bulayaraq deyir:

— Yaramaz hamımızı aldatdı.

***

Müharibə vaxtı Baltik sahilində ilk olaraq Baqramyanın başçılıq etdiyi hərbi birləşmə mövqe tutur. Erməni general qürrələnərək Baltik dənizinin suyunu şüşə qaba doldurur və adyutantına tapşırır ki, təcili Moskvaya uçub suyu Stalinə çatdırsın. Adyutant təyyarədə uçarkən almanlar Baqramyanın qoşunlarını geri çəkilməyə məcbur edir. Təbii ki, bu məsələdən Stalin də məlumatlı olur. Bunlardan xəbərsiz olan adyutant isə özünü Stalinin yanına çatdırır və suyu ona təqdim edir:

— Yoldaş Stalin, qabda Baltik dənizinin suyunu gətirmişəm.

Stalin bir-neçə dəqiqə suya baxdıqdan sonra onu adyutanta qaytarır və deyir:

— Siz bu suyu Baqramyana qaytarın və deyin ki, suyu hardan götürübsə elə ora da boşaltsın.

***

Siyasi Büronun iclasında Nikita Xruşov ölkənin aqrar siyasəti haqqında alovlu çıxış edir. Çıxışı səbrlə sona qədər dinləyən Stalin ona yaxınlaşır və əlini çiynynə qoyaraq deyir:

— Mənim balaca Marksım…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0329 saniye