Standart günahkar
Yusifli N. tərəfindən "Hekayə" bolməsinə 22:40 07 may 2015 tarixində əlavə olunmuşdur

Mən heç kiməm. Mənim kim olduğum önəmli deyil. Dərin düşündükdə doğrudanda belədir . Sadəcə varıq və son nəfəsimizi verdikdən sonra , doğulmamışdan öncə necə idiksə elə də olacağıq deyə düşünürəm. Yəni , hər şeyin bir ilki olduğu kimi , bir sonu da var. Əgər , ölümündən 10 il , 15 il, 20 , 30 , 70 il və s.  sonra tanımadığın insanlar sənin  haqqında danışmırsa deməli  sən də ``heç kim``  olmusan.  

Sözüm ondanır ki , bu qədər dünyapərəst insanların içində özümü yad hiss edirəm və heç kim bunun fərqində belə deyil.  Mən heç kiməm. Mən öldüktən 100 il sonra heç kim məni tanımayacaq və dünyada heç vaxt var olmamış olacam.   Nə edim ? Vaxtım yoxdur. Hər gün çörək pulu qazanıb evdəkiləri dolandırmaq üçün min cürə əziyyət çəkirəm. Çünki sistem bunu tələb edir. Doğul , məktəbə get ,  9 il ``oxuduqdan`` sonra çıxıb peşə məktəbinə get , heç universitetlərə iş vermə. Nəyinə lazım ? 4 il boşa gedir. Ondansa 1il 6 ay əsgərliyə gedib , gəldikdən sonra  bir iş tapıb işlə , həm də vaxtdan qazanmış olarsan.  Əsgərlikdən gəldikdən sonra da ananın bir qohumun toyunda seçdiyi halal süd əmmişin birini al , uşaqlarınız olsun , sonra onları böyütmək üçün hər cürə əziyyət çək , sonrada öl.  Sanki ağılla yox , instinktlə yaşayırıq.Nə isə ,  hobbim , boş vaxtlarımda çayxanalarda mənim kimi 2-3 adamla domino oynamaqdı. Həyatımdakı tək aksiyon isə əlimdə heç nə olmadıqda , ``bazara`` getməmək üçün dominodakı 6 daşına 4 gəlməkdir.

Normal , standart həyat keçirirdim ta ki , hər şeyin mənasız olduğunu anladığım vaxta kimi. O andan sonra boşu- boşuna yaşadığıma qərar verdim və indi qarşımda iki seçim vardı. Birincisi , onsuzda axır-əvvəl yox olacağımı həmişə yadımda saxlayıb , ``camaat nə deyər?!`` çərçivəsini qırıb , azad olaraq istədiyim kimi yaşayıb , yaşadığım yeri cənnətə çevirmək idi..   İkincisi isə intihar etmək.

Bir gün evdə bəzi problemlər oldu və əsəbi halda qapını çırpıb işə getmək üçün yola çıxdım.  Yolu keçdikdən sonra yanıma yaxınlaşan dilənçi uşağa təpik vurdum və yerə yıxıldı , duruşumu pozmadan yoluma davam etdim. Heç bir dəfə də çönüb arxaya baxmadım. Gecə evə gəldikdə ,  gözümə yuxu getmirdi. Çarpayımın bir kənarında oturub sadəcə düşünürdüm.  Birdən gözümün önünə həmən uşaq gəldi. Otağıma daxil oldu. Tez çönüb həyat yoldaşıma baxdım , yuxuda idi. Uşaq mənə yaxınlaşırdı.  Dəli olurdum sanki. O kirli və cırıq köynəyini , ayaqqabılarını gördükcə özümə nifrət hissi oyanırdı.  Əlini mənə uzatdı. Hardasa 8-9 yaşı olardı. Balaca əlini ovucumun içinə aldım. İçimdə çox qəribə hisslər vardı ama qətiyyən qorxmurdum. Sanki , əlinə toxunduqda rahatlaşmışdım hətta.  Çarpayıdan enib dizlərimin üstündə dayandım , uşağın gözlərinə baxdım , ``bağışla məni`` deyə pıçıldadım. Gözlərimi yumub , səcdə edirmiş kimi üzümü yerə əyib ağlamağa başladım. Qarmaqarışıq hisslər keçirirdim. Hər şeyin mənasız olduğunu beynimə elə yeritmişdimki artıq heçnəyi düşünməz olmuşdum. Yaşadığım yeri cənnətə çevirə bilməzdim. Başımı qaldırdım , hələdə ağlayırdım. Ayağa qalxdım. Uşaq başını qaldıraraq gözlərimə baxdı , əl-ələ tutaraq  həyətimizdəki böyük ağacın budağından asılmış ipin yanına getdik. İpin altında balaca stul  vardı. Gözlərimdən yaş sel kimi axırdı. Evimə axırıncı dəfə baxmaq istəyirdim , amma , göz yaşlarım imkan vermirdi. Uşağın əlini buraxıb stulun üstünə çıxdım. İpi boynuma keçirib , stulu ayağımın altından itələdim...

Qəribədir ki, heçnə hiss etmədim.  Ölümü daha fərqli düşünmüşdüm. Birdən başımda bir ağrı hiss etdim , sonra beynimin içində öz gələcəyimi görməyə başladım. Hər şey gözümün önünə gəlirdi. Sürətli bir şəkildə əgər yaşasaydım   yaşayacağım bütün hər şeyi gördüm və hiss etdim.  Dünyanın sonuna qədər olacaq hər şeyi gördüm , dünyanın sonunu belə.  Sonra birdən-birə hər yer qarardı. Hərəkət edə bilmirdim , heçnə eşitmirdim və görmürdüm. Göz qapaqlarım çox ağırlaşmışdı , qaldırmağa gücüm çatmırdı. Gözümü açmağa birdə cəhd etdim və bacardım. Ağ önlüklü bir həkim məni ayağımdan tutub göydə saxlamışdı. Yumşaq yerimə yumşaq bir sillə vurdu və istəmsizcə ağlamağa başladım. Deyəsən yenidən doğulmuşdum...

Yeni evim əla idi. Bəxtim gətirmişdi. Varlı ailəyə gəlib düşmüşdüm. Özümü vaxtında öldürmüşdüm deyə düşündüm sonra özümündə bu düşüncəyə gülməyim gəldi. Danışa bilmədiyimdən heç kimi , ölüb yenidən başqa bir ailədə doğulduğuma inandıra bilməzdim. Heç inandırmaqda istəmirdim. Cənnətdə idim sanki. Aylar ötdükcə keçmiş həyatmı unutmağa başladım. Heçnə yadıma düşmürdü.Hər şey bir – bir yadımdan çıxırdı.  Yadıma salmağa da çalışmırdım heç.  Sadəcə ``mən kim idim?`` dedim özümə.  Mən Tanrının ən günahkar bəndəsi olmuşam yəqinki. Çünki bu cəhənnəmdə yenə yaşamaq məcburiyyətindəyəm.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0262 saniye