Stephenie Meyer : "Yeniyetmə ruhlu insan tək mən deyiləm"
Yazar.in tərəfindən "Məşhurlar" bolməsinə 04:20 01 may 2012 tarixində əlavə olunmuşdur

İlk dəfə 2005-ci ildə satışa çıxarılan zaman heç kim onun kitablarının bu qədər məşhur olacağını düşünməzdi. İndi bu kitabların nəşr edilməsindən 6 il keçib, satış isə 100 milyon tirajı keçib. Kitablar 143 həftə "New York Times"ın ən çox satılan kitablar siyahısında qalıb. Onun romanları əsasında çəkilən "Alatoran"ın ("Twilight") ilk filmi 380 milyon dollar gəlir gətimişdi.
Bir vaxtlar evdar qadın olan Stefani Meyer "Alatoran"ın mövzusunu yuxuda görüb, yuxuda gördüklərini yazıya çevirib və dünya şöhrəti qazanıb.

ABŞ-ın məşhur "Time" jurnalında Stefani Meyer oxucuların suallarını cavablandırıb:
- Siz "Alatoran" kitabının ideyasını yuxunuzdan götürmüsünüz. Bəs obrazlar hardan ağlınıza gəldi?
- Məncə, insan həyatında ancaq bir dəfə belə yuxu görə bilər. Mənim ehtiyacım olan da elə bu yuxu idi. Görünür beynimdə bir müddət əsərlərimi təmin etmək üçün kifayət qədər obraz var.
- Sizcə, əsərlərinizə bu qədər marağın olmasına səbəb nədir?
- Bildiyim odur ki, mən yazan zaman yazdığım əhvalatın həqiqət olmadığını unuduram. Mən hekayəni yaşayıram, məncə, oxucular da obrazların səmimiyyətini görür. Yazdığım zaman onlar mənə real görsənir, məncə, oxuculara da elə görsəndiyindən onların diqqətini cəlb edir.
- J.K. Roulinqlə ("Harri Potter" romanlarının müəllifi - red) müqayisə edilməyinizə necə baxırsız?
- Bir tərəfdən bunu tərif kimi qəbul edirəm, çünki mən özüm də Roulinqin pərəstişkarıyam. Digər tərəfdən isə, bir çox insanlar "O kim olduğunu sanır?" sualını verirlər. Buna görə də özümü pis hiss edirəm. Sanki mən insanların bizi müqayisə etməsini istəyirəm, axı mən bunu istəmirəm.
- Bəs bu necə olur ki, yazdıqlarınız bütün yaş təbəqələrindən olan oxucuların xoşuna gəlir?
- Mən bu kitabları xüsusi olaraq gənclər, yaşlılar üçün yazmamışam. Mən onları özüm üçün yazmışam. Bilmirəm, onlar niyə bütün yaş qruplarından olan oxucuları cəlb edir, amma 30 yaşlarında, uşaqları olan insanların kitablarımı oxuması məni rahatlaşdırır. Belə olanda bilirəm ki, yeniyetmə ruhlu insan tək mən deyiləm.
- "Alatoran" romanı boyu sevginin bir çox forması təsvir olunur: romantik, valideyn sevgisi və s. Oxuculara sevgi haqqında vermək istədiyiniz bir mesaj varmı?
- Mən heç vaxt mesaj vermirəm. Mən məni əyləndirən şeylər haqqında yazıram və mənə zövq verən hisslərdən biri də sevgidir. Mən öz həyatıma, dostlarıma, ailəmə və sevginin səni necə dəyişdirməsinə baxmağı xoşlayıram. Bu məni heyran edir.
- Hiss olunur ki, musiqinin sizin yaradıcılığınıza böyük təsiri olub. Musiqi həmişə həyatınızın bir hissəsi olub?
- Düzünü desəm, uşaq vaxtı musiqiyə nadir hallarda qulaq asmışam. Ailəm çox ciddi idi. Musiqini ancaq həyatımın sonrakı dövrlərində kəşf etdim.
- Mitt Romnidən sonra siz ABŞ-dakı ən məşhur mormonsuz (Mormonizm - dini təriqət). Dininizi yaxşı təmsil etdiyinizi düşünürsünüz?
- Mormon olmaq mənim bir hissəmdi, mən düzgün yaşamaq üçün çox çalışıram, ancaq özümün bir nümunə kimi göstərmək olarmı, bilmirəm. Mən ola biləcəyim ən yaxşı insan olmaq istəyirəm, ona görə də belə baxanda, ola bilər ki, mən dinimi yaxşı təmsil edirəm.
- "Alatoran"ı yazmazdan əvvəl vampirlər haqda araşdırma aparmışdınız?
- Vampirlər haqqında yalnız bir dəfə araşdırma aparmışam. Mən öz dünyamı yaratdığıma görə, hansı qaydaları pozduğumu bilmək istəmirdim.
- Evdə ailənin qayğısına qalmaqla məşğul olan və sizin kimi məşhur olub, nailiyyətlər əldə etmək istəyən qadınlara nə məsləhət görərdiz?
- Arzularınızın dalınca gedin. Mən yazmağa başlayanda yeni karyera qurduğumu düşünmürdüm, kitabım haqda məktubları göndərmək çoxlu cəsarət tələb edirdi. Mən 15 məktub göndərdim, 9-undan rədd cavabı aldım, 5-i cavab vermədi və ancaq biri mənlə görüşüb danışmaq istədi.
- Əgər vampir olsaydınız sizin xüsusi qabiliyyətiniz nə olardı?
- Bunu təssəvvür eləmək biraz çətindir. Məncə, yatmamaq və qocalmamaq xoşbəxt olmağım üçün bəs edərdi.

Hazırladı: Nərmin Məmmədova
ANN.Az


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+30=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0353 saniye