Stiqmata ( qanlı yara )
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 15:39 19 may 2014 tarixində əlavə olunmuşdur

 Kürsüyə dirsəklənərək kilsənin hazırki vəziyyətini düşünən yepiskop dərin düşüncələrə dalmışdı . Köməkçisi İosif də qayğılı görünürdü . İnsanlar kilsədən uzaqlaşmışdılar . Nə-ticədə kilsə gəlirlərindən məhrum olmuş , çətin anlar yaşamağa başlamışdı və indi İosiflə yepiskop məlum vəziyyətdən çıxış yolları axtarırdılar . İnsanları yenidən kilsəyə qaytarmaq lazım idi . Yepiskop gənc tələbəsinə söylədi : - Övladım , bəşəriyyəti idarə edən yeganə qüvvə qorxudur . Bəşər övladı yalnız qorxduğu Varlığa sitayiş edir . İbtidai insan heyvandan və oddan qorxduğu üçün onların İlahi varlıq olduğunu zənn edirdi . Şəhər əhalisi əmin olmalıdır ki , yepiskopun vücudunda İsanın ruhu yaşayır və o , Tanrının hökmündədir. İosif , axmaq başını heç olmasa bircə dəfə işlət . Bir neçə gün düşündükdən sonra yepiskopun hüzuruna gəldi , təzim etdi, şən halda təklifini bildirdi : - Biz sizin bədəninizdə çarmıxların izlərini – stiqamataları yaratmalıyıq , o zaman insanlar bizə inanacaq , təşvişə düşəcək , yenidən kilsəyə qayıdacaqlar . Əmin olacaqlar ki , sizi Tanrının oğlu - İsa göndərib . Yepiskop xeyli düşündükdən sonra təklifi qəbul etdi , lakin bədəninin zərər çəkməsini istəmirdi Xalqa Tanrının sözlərini söyləyən , onları əzabdan qorxmamağa çağıran yepiskop indi özü əzab çəkməkdən qorxurdu . Tibbi vasitələrdən istifadə edərək yepiskopun əllərində və ayaqla-rında stiqmataya bənzər yaralar yaratdılar . Lakin bu , yetərli deyildi . Hadisələrin mahiyyət gücünü bir az da artırmaq lazım idi . Məryəm ananın mikroheykəlindən faydalı şəkildə istifa-də etmək olardı . Gənc İosifin fikrinə görə heykəl qan ağlamalı idi . bu , insanları daha çox qorxuda bilərdi . İosif o gecəni çox düşündü. Nəhayət səhərə yaxın ağlına parlaq fikir gəldi. Tez yuxudan oyanıb, heykəli iki yerə böldü , içini oymağa başladı. Daha sonra bir quzu kəsib qanını ehmalca qaba qoydu. Heykəlin gözləri olan yerdən qan axması üçün, gözlərindən balaca bir deşik açıb , qanı içinə boşaltdıqdan sonra, heykəli əvvəlki vəziyyətinə qaytardı . Sabah hər kəs bu maraqlı hadi-sədən danışırdı. Məryəm ana heykəli qan ağlayır, yaşlı Yepiskopun bədənində isə işgəncə izləri peyda olmuşdu. Bu hadisə nədən xəbər verirdi , anlamağa çalışırdılar. Kimlərsə bunun sadəcə bir təsadüf olduğunu düşünsə də, bəziləri bu hadisənin qiyamətin əlaməti olduğunu düşünür və Yaşlı yepiskopun Xiristianların, Yəhudilərin və Müsəlmanların gözlədiyi Məsih olduğunu deyirdilər. İnanca görə Qiyamətə yaxın İsa Məsih göylərdən enib, bütün dinləri birləşdirib, Tanrının krallığını quracaqdı. Bu hal səfilləri sevindirsə də zadəganları , kilsə nümayəndələrini qorxudurdu, axı onlar bir zamanlar İsanı çarmıxa çəkmək istəmişdilər, yalnız Tanrı onu xilas etmişdi. İndi geriyə qayıdan İsa onlardan mütləq intiqamını alacaq, kilsənənin gəlirlərini ac və yoxsul insanlara paylayacaqdı. Həqiqəti isə, yalnız Yepiskop və köməkçisi İosif bilirdi. *** Yepiskopun və köməkçisinin olmadığı zamanlarda kilsə xadimləri bir yerə yığılıb, bu təhlükədən necə xilas olacaqlarını düşünürdülər. Nəhayət ki, Noterdamın kanburuna oxşayan orta yaşlı rahib çıxış yolu tapdı . Yepiskopa iftira atılacaqdı ki, İsa olmadığı halda, özünü Məsih kimi təqdim edir. Daha sonra onu çarmıxa çəkəcəkdilər və beləliklə Tarix təkrarlanacaq, yenə də İsadan xilas olacaqdılar. O öldükdən sonra isə səhvlərini anlayıb, tövbə edəcək, İsanın heykəli önündə göz yaşları və dualarla Tanrıya yaxınlaşacaqdılar. Kilsənin pulla tutduğu adamlar bu yalanı hər yerdə yaymağa, danışmağa başladılar. Onla-ra inanan da oldu, inanmayan da, ancaq inanmayanlar da susdular – O, İsadır. Yalan demir - demədilər. Bu da inanmayanlara güc verdi. Artıq Yaşlı Yepiskop və İosif kilsəyə gələ bilmir, hətta küçəyə belə çıxmırdılar qorxularından. Bu işin içindən necə çıxacaqlarını anlamırdılar Kəsilmə zamanını gözləyən qurbanlıq quzu kimi sakitcə gözləyirdilər. Və nəhayət bir sabah qapı döyüldü, qəzəbli kütlə Yepiskopu alıb, şəhərin kənarına apardı. Xüsusi hazırlanmış böyük xaça mismarladılar, qara zəncirlərlə möhkəm bağladılar. Bir neçə silahlını da, kimsə onları xilas et-məsin deyə nəzarətçi qoydular. Yepiskop günün altında inləyə- inləyə bir həftəyə dəhşətlə can verdi. Bu zaman müddətində Məryəm ana heykalının içindəki qan da axıb qutarmışdı. Kilsə zəngləri həsrətində olduğu zəfər nəğməsini ifa edə bilmədi . .Müəlliflər : Tural Sahab , Nicat Həşimzadə


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.027 saniye