1. Stiv Cobs 1955-ci ilin 24 fevralında suriyalı aspirant Əbdulfəttah Candali və amerikalı Coan Şiblenin ailəsində dünyaya gəlib. Bundan sonra cütlük oğlan uşağını digər ailəyə övladlığa verib. Həmin vaxt ABŞ-da nikahdan kənar dünyaya gəlmiş uşaq valideynlər üçün rüsvayçılıq sayıldığından gənclər uşaqlarını başqqa ailəyə vermək məcburiyyətində qalıblar.
Kiçik Stiv Cobsu Pol və Klara Cobslar övladlığa götürüblər. Fermer ailəsində böyüyən Stiv əvvəlcə banka kredit borcunu vaxtında ödəməyən avtomobilləri sahiblərindən müsadirə etməklə məşğul imiş. Bir qədər böyüdükdən sonra Stiv bioloji valideynlərini axtararaq tapır. Məlum olur ki, cütlük Stivin övladlığa verilməsindən sonra ailə həyatı qurub. Stivin atası Əbdülfəttah isə politologiya üzrə professor elmi dərcəsinədək yüksəlib. Anası Cuan isə loqoped kimi fəaliyyət göstərir. Nikahdan artıq onların Mona adlı qız övladı da dünyaya gəlib. Yeri gəlmişkən Mona sonralar ABŞ-ın ən populyar yazıçılarından biri olub. Stiv 27 yaşında bacısı Mona ilə tanış olaraq onunla həyatının sonuna kimi dostluq edib. Stiv Cobs bir neçə dəfə anası ilə görüşsə də ömrünün axırına kimi atasını görməyib.
2. Stiv Cobs 1991-ci ilin martın 18-də özündən doqquz yaş kiçik Lorin Pauellə ailə həyatı qurub. Toy buddist adət-ənənələri ilə keçirilib. Toyu dzen (buddizm cərəyanıdır – red.) monaxı Kobun Çino Otoqava təşkil edib. Yeri gəlmişkən Cobs həmin monaxı özünə müəllim sayırdı. Stiv Cobsun Lorin Pauellə nikahından oğlu Rid, qızları Erin və Yeva dünyaya gəlib. Stiv Cobsun rəssam Kris-Enn Brennandan qız övladı Liza da doğulub. Stiv özünün övladlığa verilməsinə baxmayaraq uzun müddət qızını övladı kimi tanımayıb. Bu da onun dostlarının həmişə təəccübünə səbəb olub. Bununla yanaşı Stivin komandası yeni hazırladıqları kompüterin adını “Liza” qoyublar.
3. Ömrünün son günlərinədək Stiv Cobs qara St. Croix vodolaskası, göy Levi’s 501 cinsi və New Balance 991 krossovkaları geyinirdi. O, balıqla qidalansa da ət yeməklərindən imtina emişdi. Stiv Cobs gümüşü rəngdə 2006-cı il istehsalı olan Mercedes SL 55 AMG sürürdü. Dövlət nömrə nişanı yerinə avtomobildə ştrix-kod əks olunmuşdu.
4. 1986-cı ildə Cobs Corc Lukasdan “The Graphics Group” studiyasını satın alıb. Corc Lukas iflas olduğu üçün studiyanı real dəyərindən 10 milyon dollar ucuz satmışdı. Cobs studiyanın komputerlərə proqram yazmaq üçün istifadə edilməsini planlaşdırsa da sonralar hər şey dəyişib. Mümkün proqramların nümayişi üçün studiyada çəkilən cizgi filmləri müxtəlif mükafatlar almağa başlayandan sonra Cobs “Disney” kinostudiyası ilə müqavilə bağlamaq qərarına gəlir. Bundan sonra “Pixar” ilk tammetrajlı “Oyuncaqların tarixi” cizgi filmini ərsəyə gətirir. Bundan sonra “Flikin tarixi” (1998), “Oyuncaqların tarixi-2” (1999), “Montorların korporasiyası” (2001), “Nemonun axtarışında” (2003), “Super ailə” (2004), “Maşınlar” (2006), “Ratatuy” (2007), “VALL-İ” (2008), “Hündürlük” (2009) və “Oyuncaqların tarixi: böyük qaçış” (2010) cizgi filmləri çəkilir.
2005-ci ildə “Disney” Stiv Cobsdan “Pixar” studiyasını 7,4 milyard dollara alır. Cobs bundan sonra The Walt Disney Company-nin ən iri aksionerlərindən birinə çevrilərək idarə heyətinin üzvlüyünə daxil ola bilir.
5. “Apple” korporasiyasının uğurları artdıqdan sonra aksionerlər Stivə dəyəri 43,5 milyon dollar “Gulfstream” reaktiv təyyarəsini hədiyyə verirlər.
Nəyə görə şirkət məhz “Apple” adlandırılıb?
Bu sualın iki cavab versiyası var. İlk olaraq şirkətin qurucuları Stiv Cobs və Stiv Voznyakın bu adı birgə fikirləşdikləri ehtimal edilir. Deyilənə görə, yeni qurduqları şirkətə ad fikirləşərkən Stiv Cobs meyvə qabından alma götürərək dişləyib. Bundan sonra Vaznyak “bu ideyadır!” deyərək şirkətin adını “Apple” qoymağı təklif edib. Digər ehtimala görə isə oğlanlar ilk dəfə kompüterlə işlədikləri qarajın yaxınlığında alma bağı yerləşirmiş. “Apple” ideyası da elə buradan gəlib.
Mənbə: Anspress.com