Su üzərində salınan şəhərlər
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 19:53 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Dünya ölkələrinin bir çox şəhərləri öz qeyri-adi üslubu ilə həmişə turistlərin diqqət mərkəzində olur. Elə şəhərlər var ki, onlar öz quruluşuna görə digərlərindən fərqlənir. Dünyada suyun üzərində salınaraq hər kəsi heyran edən bir neçə şəhər də var.

Belçikanın Flondriya bölgəsində yerləşən Brügge orta əsrlərdən qalma mermarlığı, kanalları və şokoladı ilə çox məşhurdur. Tarixi memarlığı çox yüksək səviyyədə qorunan,bu şəhər UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

Şəhərin kanalları, kilsələri, meydanları, möhtəşəm şəkildə qorunub saxlanmasının səbəbi heç bir müharibə yaxudda təbii fəlakətdən zərər çəkməmiş olmasıdır. Şəhərin iki əsas meydanı olan Markt və Burg meydanları festivalların , konsertlərin keçirildiyi tarixi meydanlardır. Şəhərin içindən üç mühüm Gent, Sley, Ostend kanalları keçir. Onlar o qədər dərindilər ki, hətta dəniz gəmiləri ilə belə üzmək mümkündü. Kiçik kanallarda isə yalnız qayıqla səyahət edə bilərsiniz.

İlk birjanın 1406-cı ildə əsasının qoyulduğu bu şəhərin 115 min əhalisi var. Və 25 mini qədim mərkəzdə yaşayır. Turistlərin böyük maraq göstərdiyi şəhərlərdən olan Brügge qədim yerləri ilə nağılları xatırladır. Küçələrdən gələn vafli və şokalad qoxusu bu şəhəri turistlərin yaddaşına əbədi olaraq yazır. Yeni tikilmiş mağazaların hər birində tarixi memarlıq qorunub saxlanılıb.

Dünyanın bütün ölkələrində turistlərin axın etdiyi, Venesiya Adriatik dənizinin Venesiya körfəzi sahilində yerləşir. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınan bu şəhərdə adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə 14 əsr-16 əsrin əvvəlləri formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi Venesiyanın ən gözəl memarlıq abidəsidir.

Möhtəşəm su üstü şəhərlərdən biridə Hindistanın Udaypur şəhəridir.O, 3 göllə əhatələnib. Udaypurun unikallığı onun füsünkar memarlığı ilə bitmir. Siz Fateh gölünün ətrafında sıra parklarada rast gələ bilərsinizki, onlarda gölün üzərində salınıb.O parlardan biri olan Neru parkı gölün üzərindəki adada salınan möhtəşəm mənzərəyə sahib məkanlardan biridir. Burada palmalar yetişir, fontanlar su vurur, hər yerdən park boyu əkilən güllərin qoxusu gəlir.

Bu şəhərdə maraqlı yerlər, göllər və tikililər üstünlük təşkil edir. Turistlərin ən çox marağına səbəb olan tarixi abidələrdən biri Piçola sarayıdır. Piçola gölünün üzərində tikilmiş bu saray uzaqdan baxdıqda elə təəssürat yaradır sankı, üzür. Gölün süni yaradıldığı deyilsədə bu tam olaraq belə deyil. Əvvəllər onun yerində göl olub və sonradan onun ərazisi genişləndirilib. Piçalo sarayı isə 18-ci əsrin ortalarında tikilib, onun maraqlı cəhəti bir adada tikilməsi yox tam suyun üzərində yerləşməsidir. 1961-ci ildən saray mötəşəm otel kimi fəaliyyət göstərir. Havalar quraqlıq keçəndə otelə adi nəqliyyatla da gəlmək olar.

Meskaltitan adası Meksikada Nayarit ştatında yerləşən möcüzəli adadır. 2 minədək əhalinin yaşadığı Meskaltitan adası sanki kiçik bir şəhəri xatırladır. Buradan saysız-hesabsız kanal keçir. Adanın diametri 400 metrdən çox deyil. Yağışlar mövsümü avqust ayından sentyabr ayına qədər davam edir. Bu zaman sakinlər küçə və kanallar boyunca hərəkət etmək üçün qayıqlardan stifadə edirlər. Maraqlıdır ki, şəhərdə cinayətkarlıq hadisəsinə, eləcə də turizm infrastrukturuna rast gəlinmir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0317 saniye