Suallar astanasında
Ali Khalil tərəfindən "Hekayə" bolməsinə 20:27 23 fevral 2017 tarixində əlavə olunmuşdur

Həyatının nağıllardan ibarət olduğunu düşünürdü.Böyüyənə qədər bu qismən də olsa belə idi - qaçmaq,tullanmaq,oyunlar oynamaq,həyət,mənasız şəkillər çəkmək və s.Sonra o, böyüməyə başladı və həyatın onun düşündüyü kimi olmadığını gördü...Fizikən böyümüşdü,amma ruhən və mənən böyüyə,heç cür məsuliyyət ala bilmirdi.Bəs onu kim xilas edəcəkdi?Həqiqətən də, bir xilasediciyə ehtiyacı var idimi?Yoxsa həyatın qanunu əzəldən belə qurulmuşdu - "Qarşına problemlər çıxsın və sən bunların üstəsindən necə gələcəyini öyrənərək böyü ya da problemlərinə boyun əy və kiminsə boyunduruğu altında yaşa-birindən daim asılı ol."Bəlkə də xilasedici elə məhz onun özüdür?!Həm insanın xarakterini,şəxsiyyətini,xasiyyətini onun qarşısına çıxan çətinliklər,problemlər formalaşdırmırmı?Formalaşdırmasa belə ən azından müəyyən bir rol oynayır...Belə bir qənaətə gəldi ki,problem nə qədər böyük olsa,insan da problemi bərabərincə böyüyür.Təbii ki o problemi həll etmək şərti ilə...Sonun başlanğıcı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Ali Khalil
Əlaqə
E-mail:
ali.xelilov.95@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0312 saniye