Özünü özündən qaçaq salmısan,
Məskəni, sükutun zirvəsindədir....
Görürəm, ruhunla qaça-qovdasan,
Xəyallar, xülyanın ötəsindədir....
Bəlkə, boğmayasan bunca özünü,
Ruhunu azad et, tapsın özünü,
Lap, bilmək istəsən sözün düzünü,
Sözsüzlük, sözlərin itməsindədir....
Sevdiyin mahnıda deyildiyi tək,
Həbibi, hamını bəlkə tərk edək????
Kimsələr olmayan diyara gedək....
Yenilik, köhnənin bitməsindədir....
17.05.2014 / Bakı