Soyuq payız. Sürətlənən xəzəl mənzərəsi. Küləklə yağışın birliyi...
İnsan toplusuna vecsiz nəzər salıb başını divara söykədi. Əyləşdiyi kartonun üstündə bir şüşə süd və çovdar çörəyi parçası vardı. Üzünü əməllicə saqqal basan bu adamın gözləri çökmüşdü sanki. Bircə qram da olsun həyat işartısı görünmək nədir bilinmirdi. Əynindəki geyimə isə əlavə söz tapılmırdı. Köhnəliyindən ötrü artıq cırılmağa məhkum cins şalvar, həddindən artıq pis qoxu yayan idman ayaqqabısı, qapqara vodolazka və açıq qəhvəyi gödəkçəyə gəlincə isə onlar da heç nə ilə fərqlənmirdilər.
İnsanları ona yönələn baxışlarda nələr yox idi İlahi?! Yazıqlıqdan tutmuş iyrənməyə qədər hər şey əks olunmuş gözlərə heç bir reaksiya vermirdi. Heç nə gözləmirdi. Kimsə qorxa-qorxa yaxınlaşıb ona qəpik-quruşdan vermək istəyəndə cəld acılayıb həmin adamı min dəfə peşman edərək özündən uzaqlaşdırmağı gözəl bacarırdı.
Onu tanıyanlar əfsanəsini bilirdilər. Şahin!
Gənc və olduqca istedadlı. Çoxları onun mənsub olduğu ailəni ideal sayırdılar, amma özündən soruşularsa qətiliklə "yox" deyib durardı. Atasının manyak dərəcədə işkolikliyi, anasının günlərini o salon,bu salon gediş-gəlişləri, bacısının bunlara dözməyib 15 yaşında narkotikə qurşanması və gecələrin birində sinif yoldaşı tərəfindən zorlanması ucbatından intihar etməsi. Necə mənzərədir?! Acınacaqlı!!! Və bütün bunlara dözməkdən bezən Şahinin ata-anasına yüksələn səsi qarşılığında qonaq edilən şillə. Düzdür, qızın başına gələnlər ailəni bir müddət qara siyahiya salınması ilə nəticələndi. İşindən qovulan atası ilə hər gün pul tələbi ilə səsini qaldıran anasının davalarına şahidlik etməkdən yorulan Şahinin əsəb sistemində pozğunluqlar yaratdı. Hələ 13 yaşında ikən bir-birinin ardınca dayanmadan yaşadığı travmaları görməzdən gələ ata-anası ancaq özlərini fikir edirdilər. Onlara heç oğullarının istedadı da lazım deyildi. Piano onlara görə sadəcə evə görüntü verirdi. Şahin onlardan gizlincə çalırdı. 3 yaşında ikən əmisi ondakı möcüzəli talantı görüb onu musiqiyə yazdırdı. Bəli, bəli!!! Onu kəşf edən əmisi olmuşdu. Pianonu alan da o olmuşdu.
Və günlərin birində Şahin ona edilən təklifə şok olub qaldı. Ata-anası ona piano çalmaqla pul qazanmağı əmr etdilər, yoxsa əks təqdirdə pianoya "əlvida" deməli olacaq. Onların hədə-qorxusu ilə məktəbi atıb pul qazanmağa başladı. Tezliklə şöhrəti ətrafa yayıldı. Bütün tanış-biliş tökülüşüb onları təbrik atəşinə tutanda birtək əmisi anlamışdı məqsədlərini. Amma elə ordaca ürək tutmasından dünyasını dəyişdi.
Şahin rahatlıq nədir, bilmirdi. Gecələri normal şəkildə yata bilmirdi. Tez-tez gördüyü kabuslar vardı. Bacısının, əmisinin siluetini görürdü yuxuda. Əllərini onlara uzadaraq köməyə çağırırdı, amma...Heyhat sadəcə!
Getdikcə robotlaşırdı. Ona göndərilən beynəlxalq təklifləri ata-anasının şərhləri nəticəsində gedib gəlirdi. Qazandığı mükafatlara sevincli reaksiya verə bilmirdi. Şkafları bəzəyən mükafatlar artdıqca Şahin məhvə sürüklənirdi. Və günləri birində qaçış təşkil etdi.10 ildir ki, əfsanə axtarılırdı...