Suriyalı uşağın sahili
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:32 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Mən anamın lay-lay səsi üçün darıxdım
Mən oyuncaqlarımı heç tam sevə bilmədən ayrıldım,
Görəsən neçə oyuncaq arxamca ağladı, heç bilmirəm.
Balaca əllərimi torpağa qatdılar
Çox tez oldu, hələ mən anamın əllərinə doya bilmədim
Qardaşımla birgə parklarda doyunca oynaya bilmədim,
Bədənim qarışdı torpaqların altına, gözləmədiyim anda
Çox tez oldu, saatların əqrəbləri mənim üçün dayandı.
Halbuki mən hələ çox şey sevə bilərdim
Ancaq alınmadı, üst başım sulara boğuldu və mən tez getdim.
Öldüyüm sahillərdə,
Mən dalğalar boyunca qaçaraq oynaya bilərdim
Amma olmadı, zaman mənim üçün tükəndi...


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0259 saniye