Sürünən qartala
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 09:49 24 dekabr 2017 tarixində əlavə olunmuşdur

Sürünən qartala.

Xəyalı qalsa da o ulu dağda,
Qazırdı torpağı bir qoca qartal.
Qayadan tayaya düşüb bu çağda
Nə yaman alçaldın, ay uca qartal?

Niyə tərk elədin ulu zirvəni?
Düşüb utandınmı qartal adından?
Daşları qoparan, çılğın, sərsəri
Külək doğulurdu qanadlarından.

Küləksiz qalıbdır neçə zirvələr.
Qalıbdır kimsəsiz qayalarıyla. 
Axı çox olsa da uca zirvələr
Onlar da öyünüb qartal adıyla.

Qazırsan torpağı qarğalar kimi.
Sən hansı günahı gizlədirsən ki?*
Bir vaxt ov etdiyin, şikar bildiyin
İlanlar içində bezməmisən ki?

Sürünmə, ay qartal, tez ol, aç qanad.
Uç ulu zirvənə, uç elə indi.
İtirmə zirvəni, çünki bu həyat
Qartalı ilantək süründürəndi..

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye