Nə deyim ki,bilməyirəm gecə çağı,
Sən olmusun ürəyimin tək qonağı.
Vermə mənə həsrətinlə gəl sınağı,
Qismət ilə nolar barış,Susma danış.
Məhəbbətim yönəlibdir sənə sarı,
Ayaq saxla,dinlə məni, anla barı.
Ol ömrümün gül ətirli,yaz baharı,
Nədi yenə ürkək baxış,Susma danış.
Lalə yanaq,gülər üzlüm, ləbləri bal,
Ver əlini,tut əlimi, mənimlə qal.
Dəyişibdi sən gəlincə tamam əhval,
Sönməz ilə birgə alış,Susma danış.