Mənə o qədər çəyindir sənsiz bu dünyada, o qədər amansızdır insanlar, o qədər qəddardır. Yalanları iyrəndirər səmimiyyət adlandırarlar yalanlarını. O qədər çətindir sənsiz bu həyatda. Sən varmış kimi yaşamaqdan bezdim. Hər gün sən varmış kimi sosial şəbəkəyə daxil olmaq, səndən ismarıc gözləmək, hər gün sms yazacaqsanmış, zəng edəcəksənmiş kimi hər dəqiqə başı telefona baxmaqdan bezdim. Amma sən yoxsan. Elə bir heç olmamış kimi bu dünya əks səda vermək üzrədir. Amma sən yoxsan. Uzun illər boyu gözləntilərimi doğruldacaqsan deyə gecələr gec yatdım. Amma sən yoxsan. Qırıldım, qırılsam da susdum, düşündüm ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Yanılmışam, sən qaranlıqlardan aydınlıqlara çıxacaq biri deyilmişsən. Sən var olsan belə işgəncə verəcək qədər ürəksizmişsən. Mənsə boş yerə ümüdlənmişəm. Susursan. Daima hər an susursan. Qəlbin sözlə dolu olsa belə susursan, qorxursanmı, çəkinirsənmi bilmirəm amma sən ya mən öldükdən sonra nə faydası olacaq sənin ya mənim danışmağımın. Yacağan məktubun, ismarıcın nə faydası olacaq əgər çox gec olacaqsa. Atam həmişə deyir ki, ölümə bircə çarə yoxdur. Zaman keçdikcə sevdiklərim öldükcə anlayıram ki, atam haqqlıdır. Ölülə yoxdur çarə qalan hər şey yalandır, Bircə ölən insanı diriltmək mümkün deyil və əlbəttə ki, itirlmiş vaxtı geri qazanmaq. Qalan hər şey yalandır. Bu dünya özünəməxsus axirəti xatırladır. Hansısa günh və ya səvablarımıza görə yaşayırıq biz bu dünyada. Sadəcə bir ümüdüm qalıb bu dünyanı sənlə mən tərk etdiyimizdə öz dünyamızda görüşmək ümüdüylə......
Nə qədər gec deyil susma, susduqda itirilmiş vaxt dəniz qumu kimi barmaqlarımızın arasında axıb gedmiş kimi ömrümüzdən alır illəri. İllərsə insanlar kimi qəddardır.
Susma, susduqda məhv edirsən və məhv olursan.
Susma, danış, bəlkə də həyatımız boyu axtardığımızın sükutu tapdıq səslərimizdə
Susma.............................................