Susmaq hədsiz gözəldir, dost
Ölmək ondan gözəl imiş.
Göz yaşlarım səndə qalsın,
Gülmək ondan gözəl imiş...
Məgər zəhər haqqın dadı,
İdrak ömrün sonundadır.
Yarpaq ağacın övladı,
Məlum sonu xəzəl imiş...
Lazım, ömrün yolu daşlıq,
Boş məqsədi seçdik başlıq,
Qazancımız yenə boşluq,
Hədəf yoldan əzəl imiş...