SUSUS
Səfər tərəfindən "Hekayə" bolməsinə 11:34 04 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Küçədə oturub su içən qadına baxıram. Əsgərlikdəykən pisxoloq əsgərlərə bir sual vermişdi. İndi su içən qadına baxarkən onu xatırladım mən.

Sualın məğzi təxmini belə idi. - Fikirləşin ki, səhradasınız və susuzluqdan ölüm həddinə gəlmisiniz. bir litr buz kimi su şişəsi çıxır qabağınıza. Siz onu nə edərsiniz?

 Əsgərlərin 70%-i, hamısını bir nəfəsə başıma çəkib içərəm demişdi. 30% dən bir nəfər az isə, az-az içib, səhradan çıxmağa çalışaram cavabını vermişdi. Bir tək mən, butulkanı qucaqlayıb ölərdim cavabını vermişdim. (Bunu deməkdə “ərgən” məqsədi güdmürəm ki, görürsüz mən fərqli olmuşam filan. Həmin an hissiyatım o idi sadəcə. Özümü həqiqətən səhrada hiss elədim və dedim.)

Pisxoloji sualın nəticəsində isə, pisxoloq bizə baxıb, bu sizin qadınlara yanaşma tərzinizi göstərir demişdi. (Yəqin ki cinsi cəhətdən). Məlum əsgərlikdə qadın gözə görünməz bir ilah olmuşdu və əsgərlər üçün ən həssas sayılabiləcək pisxoloji mövzulardan idi.

 Nəticə etibariylə qadını acgözcəsinə birbaşa başına çəkib içən də olmuşdu, azar-azar içib, ömrünün axırına kimi idarə edəndə. Susuzluqdan ölsə belə, ona toxunmayıb, əlində su varkən susuzluqdan öləni də. İçimdəki dərvişi o an hiss etdim.

Sonralar pisxoloqla təklikdə söhbətimdə, niyə elə dediyimi ətraflı izah etmişdim. Hətta mülki fəaliyyətimdən, rəhbəri olduğum “Renesans Yazarlar Kulubun”-dan, dini inancıma qədər bütün mövzulardan ətraflı söhbət etmişdik onla.

İndi küçədə oturub, hələ də arabir suyundan bir qurtum alan qadına baxıram. Hava isti idi. Hamı kimi o qadın da susamışdı. Güman edirəm ki, Axundov parkı adlanan bu yerdən bir mağazaya yaxınlaşıb, buz kimi su istəmiş və pulunu verməmişdən qabaq açıb başından biraz içib, sonra cibindəki 20 qəpiyi çıxarıb tərəzinin üstünə qoyub dükandan uzaqlaşmışdı. Sonra da ağacların kölgəsində oturub arabir aldığı sudan içirdi.

Yay günü şəhərdə ayaq üstündə su içən çox olur. Uzun saqqalı orta yaşlı dindar kişi isə, öz suyunu yerə çömbəlib bir nəfəsə başına çəkdi indicə. Sonra doymamış gözlərlə mağazaya yaxınlaşıb, bir su daha alıb, əlində tutaraq yeyin addımlarla hara getdi tələsikcəsinə.

İki sevgili parkda söhbət edirlər. Oğlan öz suyunu bitirsə də, çox susamış olacaq ki, yanındakı qızın ağzı açılmış yarımçıq suyundan istədi. Qız isə hamısını içməmək şərti ilə öz suyunu oğlana verdi.

-Neyniyirsən Səfər?

-Heç oturmuşam. Su içənlərə baxıram.Bilirsən, su içənlərin sayı, susayanların sayından həmişə az olub.

-Nə?

-Heç nə.

-Al. Susamışdım su aldım sənə də susayarsan deyə, hava istidi. Al iç.

-Çox sagol.

-Dəyməz.

Bu şəhərdə heç kim ağzı açılmış ya yarımçıq suya pul verib almır. Lap butulkanı kanalizasyaya salıb çıxarsan belə ağzı bağlıdırsa hamı ala bilər o suyu. Ağzı açıq olan “         Zəmzəm” belə olsa heç kim ağzı açıq suya pul verib almaz yenə də.

Su sərin idi. Onun alıb yanağıma sıxdım. Birazdan qızacaq oda. Hətta günəşin altında qaynar olacaq. Mən isə onu açmaqdan qışın gəlməsini gözləyəcəm. Mənim istiyə ehtiyacım olanda o donacaq bəlkə. Soyuq lazım olanda da qızacaq. Su içməliyəm susamışam, ancaq onu birbaşa başıma çəksəm də, azar—azar içsəm də özümü günahkar sayacam bilirəm.

Mən dərvişəm. Nə, o molla kimi, nə o qadın kimi, nə əsgərlər, nə sevgililər kimi su içməyi bacarıram. Mən sudan da qaçmıram onu da deyim. Mən suya baxıram və düşünürəm sadəcə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

Səfər
Haqqında
Tanıyacağın biriyəm. məni küçədə ya kimləsə danışanda ya da ağlayanda 100% görmüsən.
Əlaqə
Tel.:
yox
E-mail:
sfr.hsynl1@gmail.com
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.0364 saniye