Tale cəkdi məni bu imtahana
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 12:25 15 noyabr 2017 tarixində əlavə olunmuşdur

Tale cəkdi məni bu imtahana,

Qəliz bir düyünü aça bilmədim.

Cıxış tapammadım o yan-bu yana,

Qismətin əlindən qaça bilmədim.

 

Şirin pıçıltılar, odlu baxışlar

Könlümü aldadıb apardı mənim.

Mən uça bilmirdim xeyli vaxt idi,

Ayagımı yerdən qopardı mənim,

 

Mən elə bilirdim payız gəlibdi,

Mən unutmuşdum ki, hələ bahardı.

Qushların nəğməsi, güllərin ətri,

Sevilmək həvəsi hələ də vardı.

 

Çıxa bilməsəm də bu imtahandan,

Baharı duymağı öyrəndim yenə.

Hər şərdə bir xeyir var imiş, inan.

Ey Tanrım, bununçün şükürlər sənə!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0231 saniye