"Taleh adamı"
Yenə də içkili halda özünü evə güclə çatdırdı. Yediyi yeməklər və içkinin çoxluğu mədəsini çox pis hala gətirmişdi və tək bildiyi şey təcili olaraq tualet tapması gərəkdiyi idi. Yoxsa ki,hər an şalvarına sıça bilərdi.
Atasından qalan 2 mərtəbəli evə girdi. Evin geniş bağçası var idi. Evə qapıdan girərkən önünə bir salon çıxırdı. Salonun ortası boş idi,sağ divarında böyük,divara yerləşdirilmiş qara televizor görünürdü. Televizorun tam qarşısında,bir az məsafədə qıraqları ruleti xatırladan dəri divan dayanmışdı. Qarşısında bir əl sənət məhsulu-ayaqları öldürülmüş ağacın bağrından ibarət olan şüşə,yastı masa vardı. Salonun qapıdan girişində isə hər iki tərəfdə eyni şəkildə 2-ci mərtəbəyə boylanaraq uzanan nərdivanları görmək olurdu. Nərdivanları qalxdıqca divarlara Martine Johanna'nın asılmış portretlərindən üzərinə doğru yayılmış bir nəzarət hiss edə bilərdin. Nərdivana çıxarkən ilk portretlə 2-ci protret arasında xırda şüşə çərçivələrlə 12 hissəyə bölünmüş pəncərə var idi. Sağ nərdivan divarındakı pəncərənin çöl altında qəfəsdə bəslənən bir bülbül var idi.
Birinci mərtəbədəki ümumi tualetin təmir olunduğunu və tualet üçün 2-ci mərtəbəyə qalxması gərəkdiyini düşünə bildi. Lakin,artıq o qədər gücü qalmamışdı. Cəhd etdi və özünü sağ nərdivana atdı. İlk portreti arxada buraxmışdı, tab gətirə bilməyəciyini hiss edərək tam yanında dayandığı pəncərini açdı,pəncərənin çərçivəsinin oturduğu yastı taxtada güclə tarazlığını qoruyaraq çöməldi və ilk pisliyini pəncərədən çölə buraxdı.
Rahatlamışdı. Nərdivanın kənarlarından tutaraq yuxarı qalxdı,bir duş aldı və üzü-qoyulu şəkildə yatdı.
Səhəri çox pis bir baş ağrısı ilə açdı. Ağız boşluğu palçıq kimi idi və də susamışdı. Lakin aşağı enib,mətbəxdə su içməyə də heç taqəti yox idi.
Maddi imkanı çox yaxşı olsa da yalnız yaşayırdı,dostları dəfələrlə desə də,evinə xidmətçi almırdı.
Bir az yerində o tərəfə-bu tərəfə vırnıxdıqdan sonra aşağı endi və mətbəxdən su içdi. Ötən gecə ilə bağlı ağlında heç bir şey xatırlanmırdı. Bağçaya çıxdı. Dərin bir nəfəs aldı. Bu dəfə isə burnuna hər səhər bütün ətrafı bürüyən çiçək qoxusu əvəzinə nəcis qoxusu gəldi. Sola-sağa boylandı.
Az sonra "Fuu!" deyərək gecə pəncərədən çölə buraxdığı pisliyin yanında göründü. Bu pislik yerə tökülməmişdi,pəncərənin çöl altında asılı vəziyyətdə duran qəfəsin üstünə,ordan da qəfəsin içindəki bülbülün başına axmışdı.
Özünü dünyanın ən iyrənc insanı kimi hiss etdi və ani olaraq bədənindən qəribə titrəyiş keçirdi. İlk iş bülbülü təmizləmək idi!
Bülbülü həyətdə bağçanı suladığı şlankla yumaq qərarına gəldi. Əvvəlcə suyu qəfəsin içinə doğru tutdu,lakin bülbülün başında gecədən bəri quruyub qalmış nəcisin parçası yapışıb,qalmışdı ...
Son çarə bülbülü əllə yumaq idi. Bülbülü əli ilə ehtiyatlı şəkildə tutub çıxaran adam son dərəcə diqqətli idi. Lakin başının ağrısı işə tam konsantre olmasını əngəlləyirdi. Digər əlindən şlank yerə düşdü,tam olaraq şlankı əyilib götürərkən bülbül yüngül bir çırpınma ilə diqqəti şlanka yönəlmiş və sağ əli boşalmış adamın əli arasından çıxıb uçmağı bacardı..
İlk dəfə idi ki,azad idi.. Və başına bir "taleh adamı" sıçmışdı!