Tamamlanmış həyatlar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:32 17 dekabr 2015 tarixində əlavə olunmuşdur

Yataqxana dəhlizlərində siçovullar qaçışırdı. Uzun çörək növbələrindən bəzən evə əliboş qayıdıb gəlirdi.

***

Atası onu bir fahişəyə görə atıb getmişdi. Hepatit C və şəkər xəstəsi idi. Yalnız öldükdən sonra öyrəndi.

***  

Yağış və güclü külək məktəblərdən birini uçurdu.Digəri isə gərmə və az miqdarda odun ilə qızınırdı.

***

Tanımadığı ölkədə oğlunun həyatını ödəməyə çalışırdı. O insan sadəcə soruşdu: “Nə qədər lazımdır?”

***

Sosial cəmiyyətdən uzaq düşən psixopatı xalq sevmir. “5 qəpiklik filmlər” çəkən rejissor kimi tanınırdı.

***

Yaşlı qonşu qadının istəyini nəzərə alaraq çox sevdiyi uzun saçlarını kəsdirdi. Amma hər kəs təəssüflənir.

***

Səhər verilişinin aparıcısı subaylıqla vidalaşdı. Sevincini sosial şəbəkədə bölüşüb təbriklər almaqdadır.

***

İnsanların onun xatirəsi üçün etdikləri işlər qiymətlidir. Repertuarında unudulmazlar yer almaqdadır.

***

Tanınmış iş adamının keçmiş xanımının cavanlıq fotosu yayıldı. Nostalji şərhlər yazılaraq paylaşılır.

***

Cinayətkarlarla siyasətçilər bu gecə gizlicə birgə iş görürlər. Bura düşük gəlirli gecəqondu bölgəsidir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0292 saniye