Tanıdığım dəli qadınlara salam olsun...
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 14:37 26 noyabr 2015 tarixində əlavə olunmuşdur

Tanıdığım dəli qadınlara salam olsun...

Necə bir qadınmı?
Ağıllı qadın deyil, dəli bir qadın tərcih etməli.
Çünki daxili və zahiri birdir, yalan-dolanla işi olmaz. Hər şeyi açıqca söyləyər, gizləməyi də yaxşı bacarar.
Məsələn, acısını heç bəlli etməz, kimsəni özünə acındırmaz, adam kimi güclüdür, adam kimi sevməyi bilər dəli qadın.

Axşam bir yerə gedəcək, baxdı ki, dodaq boyası bitmiş, heç vecinə də almaz, mən belə də gözələm deyər, özündən razılıq deyildir bu, özünə güvənməkdir.

Dəli bir qadın belədir, özünü düşündüyü qədər də qarşısındakını düşünər. Əsla kin saxlamaz, sadəcə sevdiyinin əlindən tutar, heç buraxmayacaqcasına. Elə böyük sevər ki, elə bir dəyər verər ki, bu cəsarətindən dolayı dost çevrəsindən: "nə edirsən belə, sən dəlisənmi?" deyərlər.

Yeri gələndə adam kimi olurlar, sevgiləriylə kişinin ağlını alırlar, bax, belədirlər.
Arxasına baxmaz, keçmişiylə peşman olmazlar.
İrəlidə peşman olacağı şeyləri də etməzlər.

Yeri gələr, bir gecə vaxtı yolda tək başına yeriyər, namus gözətçilərinə əsla gərək duymazlar, özlərini qorumağı bilərlər.

Eşqi və dostluğu ayırd edə bilirlər. Əsla duyğularından əmin olmadan kimsəyə ümid verməz, "ümid" verdiyi insana da "unut" deməz onlar.

Yeri gələr, elə bir dikdaban ayaqqabı geyər ki, yerimək möcüzədir, amma möcüzənin adıdır onlar.
Bir kişini ayaqqabı kimi sevərlər, hər nə qədər ayağını arxadan vursa da, ona acı versə də, xoşuna gəldisə, sevdisə o ayaqqabını bütün acını kənara atarlar.

Təmiri əsla sevməzlər, qırılan bir şey oldumu birbaşa atarlar. Eynilə özlərini üzəni atdıqları kimi. Bax, belədir onlar.
Yalansız, cəsur və bir az da mərd, əsla səbrləri yoxdur, qəlblərinə amazlar namərd.

Daxili və zahiri eyni olduğu üçün bəzən yalnış anlaşılsalar da, heç dərd etməzlər bunu. Çünki zamanla itirməkdən aldıqları cəsarətlə cəsur olmuşlar belə qadınlar.

Tanıdığım bütün dəli qadınlara salam olsun!

Çevirdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye