Tanıdığımız və tanımadığımız Krupskaya
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 15:42 02 aprel 2016 tarixində əlavə olunmuşdur

 Bir çoxları onu sadəcə Vladimir Leninin həyat yoldaşı kimi tanıyır.Amma Nadejda, eyni zamanda Bolşevik bir inqilabçı və siyasətçi idi.1929-dan 1939-cu ildəki vəfatına qədər Sovetlər İttifaqında Təhsil Naziri Müavini daxil olmaqla müxtəlif siyasi fəaliyyətlərdə intensiv şəkildə yer alarkən, eyni zamanda, təhsil sahəsində də bəzi vəzifələr üzərinə götürüb. İnqilabdan əvvəl, qitə miqyasında əksəriyyəti şifrəli keçirilən və kodu açma işi tələb edən yazışmaları aparan İskra qrupunda katib işləyib. İnqilabdan sonra, həyatını fəhlə və kəndlilərə qarşı, hər kəsin çatacağı kitabxanaların açılması kimi səyləri, təhsil imkanlarının artırılmasına həsr edib.Nadya, aristokrat mənşəli, təhsilli bir ailədə dünyaya gəlmişdi, lakin artıq elə də yaxşı gəliri olmayan bir ailədə alt sinif şəraitlərində böyüdü. Yoxsulların həyat şəraitinə tanış olması onun inqilabçı hərəkətlərində təsirli oldu. Məktəb illərində onun çox çalışqan bir şagird olması bütün hər kəsin diqqətini çəkirdi. 1889-ci ildə Sankt-peterburq Bestujev Ali Məktəbinə qeydiyyatdan keçib. Atasının ölümündən sonra Krupskaya və anası dolanışıqlarını təmin etmək üçün xüsusi dərslər verdi. Krupskaya gənc yaşdan etibarən təhsillə məşğul olduğunu ifadə etmişdi. Təhsil məsələsində xüsusilə Tolstoyun nəzəriyyələrinə əhəmiyyət verirdi. Krupskayanın Tolstoyun əsərlərindən bəhrələnərək inkişaf etdirdiyi nəzəriyyələrin Sovet təhsil sisteminin inkişafında böyük kömək oldu.

Marksist ideologiya ilə tanış olan Nadya yoxsulluğa qarşı daha yaxşı, ədalətli bir həyat üçün Marksizmin vacibliyini müdafiə etməyə başladı. Lakin Çar hökuməti bu cür əsərləri qadağan etdiyi üçün bunlara nail olmaq o qədər də asan olmurdu. Nadya da hamı kimi bu kitablara inqilabçılar sayəsində və yeraltı kitabxanalarda çatmaq imkanı tapırdı.

1894-ci ildə Sankt-Peterburqda Marksist bir tələbə mühitində fəhlələri dərs verərkən Leninlə tanış olmuşdur. Lenin o dövrdə vəkil olaraq M. F. Wolkenstein vəkillik bürosunda çalışırdı. Birlikdə siyasi yığıncaqlara getməyə başladılar. 1896-ci ildə Krupskaya "qanunsuz çıxışları" və insanları hakimiyyət əleyhinə yönəltməyə görə iki il həbsə mahkm edilib. 6 ay həbsdə qaldıqdan sonra olduqca pis iqlim şəraitinə sahib olan Ufaya sürgün edildi. 1898-ci ildə sürgündə olduqları Sibirdə Leninlə bir kilsə mərasimi ilə ailə evləndilər.Sərbəst qaldıqdan sonra 1901-ci ildə Lenin ilə birlikdə Münhenə getdi. Burada İskra qəzetində katib kimi fəaliyyət göstərdi. Bir müddət sonra isə Londona üz tutdular.​

 Krupskaya dəbdəbədən nifrət edən, lazımsız xərclərdən çəkinən təvazökar bir şəxsiyyətə malik idi. Basedow xəstəliyinə (zəhərli zob) yaxalandı. Uşağının olmamasının səbəbinin bu xəstəlik olduğu bildirilir. Krupskaya Lenini anlatdığı kitabında Onun çox yaxşı bir yoldaş olduğunu, xəstələndiyi vaxtlarda ona hər cəhətdən dəstək olduğunu, ev işlərində özünə müavin olmaqdan çəkinmədiyini deyib.

Krupskaya siyasi həyatda fəal iştirak etdi. Londonda RSDİP Qurultayının hazırlanması və həyata keçirilməsində vəzifə aldı. 1905-ci ildə RSDİP Mərkəzi Komitəsinin katibi olub. 1903-ci ildə Lenin ilə birlikdə Rusiyaya dönsələr də 1905-ci ildəki uğursuz çevriliş cəhdindən sonra Fransaya getdilər. Krupskaya Parisdə Longjumeau Partiya Məktəbində müəllim işləyib. Leninin katibi olaraq Rusiyadakı partiya təşkilatları ilə əlaqə yaradılmasında ona yardımçı olub. Bolşevik mətbuatında fəal rol alıb.

1917 Oktyabr İnqilabından sonra, Təhsil Xalq Komissarlığında çalışmağa başladı. 1920-də Təhsil Komitəsinin sədri oldu. 1929-ci ildən ölümünə qədər isə Təhsil Xalq Komissarlığı (nazirlik) müavini kimi fəaliyyət göstərib.

Krupskaya xüsusilə proletar gənclər hərəkatının təşkilatlanması məşğul olmuşdur. Komsomol və Pioner təşkilatlarının yaradılmasına rəhbərlik edib. Pionerskaya Pravda adlı Sovet uşaq qəzetinin də qurucuları arasında yer alıb. Sovet təhsil sisteminin inkişafı və kitabxanaçılığın genişlənməsində da əsas əhəmiyyətə malik şəxsdir.

1920-ci ildə Təhsil Xalq Komissarlığı Mərkəz Siyasi Təhsil Komitəsinin Sədri oldu. Bu vəzifəsi zamanı "Uşaqların dostu olan bir cəmiyyət" yaradılması kampaniyası başladı. Qabaqcıl uşaq birliyi olan Pioneri quraraq kəşfiyyatçılıq vəzifə və məsuliyyətlərini, uşaqların inkişafındakı əhəmiyyətini müəyyən etdi. Uşaqlarda kommunist fəlsəfənin prinsipləri inkişafı mövzusunda işlər gördü.

Leninin ölümündən sonra XVI Partiya Qurultayında Stalinə qarşı müxalifəti dəstəklədi. Ancaq daha sonra Mərkəzi Komitəsinin plenumunda danışaraq müxalif cəbhədən ayrıldığını bildirdi.

1924-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1927-ci ildə Mərkəzi Komitə Nəzarət Komissiyasının üzvü, 1931-ci ildə də Ali Sovet məclisi üzvü kimi siyasi fəaliyyət göstərdi.

Partiya içində kod adı balıq olan və yeraltı mübarizəsində görünməyən mürəkkəblə şifrəli məktublar yazmaq sahəsində ixtisaslaşmış olan Krupskayaya Leninin "mənim kiçik rinqa balığım" dediyi söylənilir.Nadejda Konstantinovna 27 Fevral 1939-cu ildə Moskvada öldü.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0247 saniye