...Tanışlıq...
Peykər İbrahimova tərəfindən "Digər yazılar" bolməsinə 22:54 29 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Olar?!İcazə olar yazıım!?Yox!Çərənləyim...Bir yağış buludu qədər doludur söz buludum.Artıq sözlərim də donub.Bilmirəm.Bəlkə üzü qışa gedir deyə...Yox axı!mən Dünyamın 97 %-i buzlarla ötülüdür.Kaş qlobal istiləşmə mənim dünyamı da yadına salaydı..

Yaxşı!İndi durub bir ah çəkmə!!Ürəyin sıxıldısa oxuma!

Yox!Ya da davam elə!Sən mənə fikir vermə.Bilirsən?!Mən bu günədək bədbinliyin nə olduğunu bilmirmişəm.Təzəcə öyrənmişəm.Bədbinlik-içindən qışqırmaq,hıçqırıqlarla ağlamaq gəlir.Amma sən tez bir  maska satılan mağazaya qaçıb özünə ən ucuz təbəssüm maskasını alırsan.Bir neçə qara qəpiyi piştaxtaya atıb qaçırsan.İşə bax!10 qəpik artıq vermisən.Satıcı səni nə qədər çağırsa da cavab vermirsən.Düşünrüsən ki,verdiyin pul bəs etməyib və o maskanı əlindən  almağa çağırır!

Bir müddət arxana baxmadan qaçırsan.Nəhayət xeyli uzaqlaşdıqdan sonra parkdan çox xarabalığa oxşayan bir yerdə maskanı taxırsan.Göz yaşların yavaş-yavaş təmkinli,özünə xas bir laqeydliklə üzündən aşağı süzülür.Maska islanır.Tez yaşları silirsən..

Qoca bir qarı gəlib oturur yanında.Sənə gözucu baxır.Başlayır danışmağa.Əvvəl qulaq asmırsan.Sonra az qala sümükləri sayılan barmaqlarıyla sənə işarə edib deyir:

-Üzündən utanma!Tək sən deyilsən gizlənən.Bütün insanlar eynidir.Buna əmin ola bilərsən.İnsanları bir-birində ayıran bircə cəhət de!Yoxdur!Hamı dərd çəkir.Fərqi yoxdur necə bir dərddi.Siqaretlər kimi.Adları fərqli olsa da hamısı siqaretdir.Bütün Dünyanın çəkdiyi,reklamsız ən çox satılan siqaret markası: DƏRD!Nə ictimai yerlərdə qadağandır,nə də ki,kimsə onu gizlincə çəkir.Heç qutusunun üstündə də yaş məhdudiyyəti yoxdur.

Və ya qələmlər kimi..Rəngləri nə olursa olsun hamsının işi yazmaqdır.Bütün insanlar yemək yeyirlər,nəfəs alırlar,qışqırırlar,gülürlər,ağlayırlar.....və s..Uzun sözün qısası bizlər fərqli eynilərik...

Uzun müddət belə sözlərdən cümlələr qurdu.Amma susmadan əvvəl dediyi fikiri xoşuma gəldi:

-Mənim sabah 80 yaşım tamam olacaq.Özümdə bircə cəhətdən razıyam.Fırtınalı havada çətirsiz qalmış kimi,başdan ayağa yaş olsam da..Qarşıma sığınacağım,məni yağışdan qoruyası kiçik bir yer çıxmasa belə,heç vaxt şikayət etməmişəm.Həmişə irəli getmişəm.Axı niyə arxaya baxmalıyam ki?!

Üzümdə böyük bir təbəssüm yarandı.Maskanı çıxarıb parça-parça etdim..

Qarının yeni yaşını təbrik etdim(ona yeni yaşında nə arzu etməliydim?!)Sonra da ordan uzaqlaşdım..

Bəs bədbinlik?Ya nikbinlik?Onlar nədir elə?!.........

P.S Sən bilirsənsə yaz..

Qeyd.Bu,köhnə bir yazıdır.

 


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+26=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0293 saniye