Tanrı, qanadları niyə vermişdin?..
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 11:33 29 mart 2018 tarixində əlavə olunmuşdur

Dolmanı bükmüşəm, dəmlənib çayım.

Həyatda bu imiş qismətim-payım.

Nece arzularım var idi, ancaq,

Hay-hayım gedibdi, qalıb vay-vayım.

Tanrı, qanadları niyə vermişdin?

 

Diplomum tozlanır sandıq dibində,

Paltarım biçilib kolxoz dəbində.

Çəkdiyim zəhmətə qiymət verən yox,

Siçanlar şüt vurur pulsuz cibimdə.

Tanrı, qanadları niyə vermişdin?

 

Külfətin qayğısı mənim belimdə.

Uşaqlar süpürgə görür əlimdə.

Elə bil, mən o mən deyiləm indi,

Sonalar da uçub üzmür gölümdə.

Tanrı, qanadları niyə vermişdin?

 

Bir yerdə durmaqdan ağrıyır qıçam,

Yollarım bağlıdır gizlincə qaçam.

Dünya bir qəfəsdi, mən də bir əsir,

Genişlik də yoxdur quş təki uçam.

Tanrı, qanadları niyə vermişdin?

 

Qazanın içində pörtləyir kələm.

Qəlbimdə arzular, əlimdə qələm.

Necə çalışsam da anlayammıram,

Mənə əyan ele, anlayam, biləm,

Tanrı, qanadları niyə vermişdin?  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0287 saniye