TANRIDAN YER KÜRƏSİNƏ MƏKTUB
***
siz insanlar din pərdələri altda,
bir-birinizi məhv eləyirsiz.
qorxudub ruhunuzu cəhənnəm əzabı ilə,
əməllərinizdə səhv eləyirsiz.
mən Tanrı sevirəm bəşəriyyəti,
yaratdım canlıları,təbiəti,
onlara verdim nəfəs.
siz insanlar tutub quşları,
qırıb qanadları, onlara verdiz qəfəs.
mən Tanrı yazıram sizə məktublar,
əksəriyyət oxuya bilmir , gözləri kordur.
bir-birinə edib müharibələr,
yaradıb ordu,
amma dərk etmir ki,
əməlləri nankordur.
mən Tanrıdan dinlər qorx dedilər,
qorxunun olduğu yerdə mən yoxam,
onlar bunu dərk etmədilər.
axtardılar məni göylərdə,yerlərdə,
tapa bilmədilər,
yüzlərlə mənə şərik qoşub,
öz içlərinə boylanıb baxa bilmədilər.
məni itirdilər beyinlərin,ruhların içində..