Tanrılar və Kölələr
Gabriella tərəfindən "Hekayə" bolməsinə 23:44 07 fevral 2015 tarixində əlavə olunmuşdur

Tanrılar hakimiyyəti olan yerdə insana söz demək düşməz ya da insana insan olmaq düşməz.

Tanrı,sənin yoxluğunun həqiqətindən o qədər qorxurdular ki,səni itirməmək bahasına azadlıqlarını və ruhlarını fəda edirdilər.Necə bir sevgidir bu,kaşki sən də insanları belə məhəbbətlə sevəydin.

Onlara həqiqəti deməməliydim.Bilməliydim xəbərdar olduqlarını.Onları axmaq sayırdım,əslində isə onlar sadəcə kölə idilər.Sahibkarını hər vəziyyətdə sevəbilən kölələr.Onlarla danışarkən əslində sənə müraciət edirdim,tanrı.Mən bilirdim ki,kölələrin qulaqları yoxdu,sadəcə açılıb dilənən əlləri var.Məni eşidənin və mənə qəzəblənin də sən olduğunu bilirdim.Onlara bunu başasalmağa çalışırdım.Heyif ki onlar sənin günahlarını(səhvlərini) də öz üzərilərinə götürəcək qədər çox sevirdilər səni.

Onlarla oxşar idim əslində.İkimiz də sənin uğruna birşeyləri fəda edirdik.Mən həyatımı verirdim sənə,onlar isə vicdanlarını.

Mən öləndə(öldürüləndə) qışqırırdım:"Bax budur sizin tanrınız.O qatildir".

Məni heç eşitmirdilər,kölələr sahibkarlarını onları xilas etməyə çalışandan çox sevirlər.

Bax,mən orda bir heç uğruna öldüm.Elə beləcə.Heç birinin də tükü tərpənmədi.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Gabriella
Haqqında

Əlaqə
E-mail:
moby666@qip.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0363 saniye