TANRININ HÜZURUNA
***
Tanrının hüzuruna sərxoş gedəcəm,
içəcəm mənliyimi,
soyunacam bədbinliyimi,
Tanrının hüzuruna xoş gedəcəm.
gözüm yox dünya malında,
yaşayıram ruh halımda,
baxıram sağımda solumda,
yığır insanlar cah-cəlal.
amma mən Tanrının hüzuruna,
əliboş gedəcəm.
çoxları dedi xəstəsən sən,
ayrı düşmüsən “sağlam” dəstədən sən.
mənsə qoşulmuram heç kimə,
Tanrının hüzuruna naxoş gedəcəm.