Tanrıya məktub
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 15:38 22 iyul 2017 tarixində əlavə olunmuşdur

 

 

   Cavabsız qalan məktublardan cavab axtaran bir kimsə. Zamanla yarışıb,məğlub olan,kimsəsiz, bir qarnı ac,bir qarnı tox böyüyən naməlum talelərdən biriyəm. Yağan yağışla,əsən yellə arzuları puç olmuş atalı-analı kimsəsizlərdən biriyəm. Adım Eşqin.Əzablı yollarla mənimlə birgə addımlayan bacım Sevgi.İllərdi Tanrıya məktub yazırıq. Tərk edilmiş taleyə məhkum olan insan. Natamam ailənin natamam övladlarıyıq.
  Hər kəs kimi bizimdə xoşbəxt ailəmiz, doğma ocağımız, atamız-anamız var idi.  Bir vaxtlar adlarımız belə onların sevgilərinin bir nişanəsidi. Kiçik dünyamız nağıllardakı kimi idi. Hər nağılın sonu xoşbəxtliklə bitmir. Valideynlərimin niyə ayrıldıqlarını dərk etməyəcək qədər kiçik və ürkək idim.  Valideynlərim ayrıldıqdan sonra  bizlər anamın himayəsində qaldıq.Nənə-baba ocağı artıq bizlərə yad gəlirdi. Aylar illər bir-birini qovaladıqca bizlər onlar üçün yad olduq. Və bir  boşqab belə onlara artıq gəlirdi. Qaranlıq dünyaya addım atdığımız ilk günü xatırlamaq  əzablıdır. Anam başqa adamla tanış olub, onunla ailə həyatı qurmağa qərar verdikdən sonra bacımla mənim əlimdən tutub böyüdüyüm uşaq evinə gətirdi.Gül balalarım iş tapınca gəlib sizi aparacam deyərək çıxıb getdi. Yalanların başlanğıcı hər zaman dəyərsiz sözlərlə başlayır. O,gündən sonra anamı çox gözlədik,amma  gəlmədiki,gəlmədi.Günlər keçdikcə dərk etdik ki,daha gəlməyəcək. Biri-birini izləyən  illər və bu illərin qəlblərdə qoyduğu izdirablı xatirələr.Nə zamanın axarını tuta bilirdim, nədəki, tərk edilmiş hissini unuda bilirdim. İlin dörd fəsli mənim üçün sonbahar idi. Bu ağrı məni cəmiyyətdən və dostlardan itəliyirdi.Məktəb illərindədə yoldaşlarımla dil tapıb danışa bilmirdim. Nə yalan deyim. Onların valideynləri yanlarında olduğu üçün qısqanırdım və buna görədə onlarla dalaşırdım. Hər gün bir valideyn məni kənara çəkib" filankəslə işin olmasın " deyə tənbeh edirdi. Müəllimlərim bacıma  şikayət edərdilər. Soyuq pəncərə önündə əyləşib,yağan yağışı seyr edirdim.Düşünürdümki, Tanrıya çatmaq üçün yağış olub torpağa düşmək və yenidən göyə qalxmaq lazımdır. Sanki bacım mənim düşüncəmi duyub, "çətin günlərin xoş bir çarcısı var" deyə səsləndi. Atamın uzun müddətdən sonra bizləri görmək üçün  uşaq evinə gəlməsi azacıq olsada bizləri sevindirdi.Düşündük ki, bizləri öz evinə aparacaq. Təəssüfki uşaq zənnimiz bizi yanıtdı. Atamın baxışları soyuq idi. Doğmalıq hissi elebil heç bir zaman olmayıb. Ən acınacaqlısı bilirsiniz nə idi? O, bura gözündən belə kənar qoymadığı övladı ilə gəlmişdi. Onu necə əzizləyir,bağrına basır,öpür,oxşayır İlahi. Görəsən bizlər onun üçün kimlərik? Kaş atam heç  gəlməzdi.
 -Bu sizin qardaşınızdı söyləməzdi. Görüş qısa oldu. Yanındakı xoşbəxt uşaq "ata burada darıxıram gedək" deməsiylə,ayağa qalxıb heçnə olmamış kimi bizlərdən uzaqlaşdı. O görüşdən uzun müddət keçməsinə baxmayaraq atam bir daha oraya gəlmədi. Tərk edilmiş iki tale bir birinə sığınaraq əzablı illərin qayğılı günlərinə birgə addımladılar. Bacım hər zaman xoşbəxt olacağını düşünür. Mənsə , illər bir birini qovaladıqca minbir sual ağlımda dolaşmağa başlayır.Sevən insanlar niyə ayrılır? Ayrılırsa, niyə sevib evlənirlər? Niyə körpələrin taleyi heç kəsə maraqlı deyil? deyə çox düşündüm.Və suallarımın tək cavabını O, bilər deyə Tanrıya məktub yazdım.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0257 saniye