Tanrıya otuz iki sətir
Timur Alp tərəfindən "Şeir" bolməsinə 04:33 24 oktyabr 2013 tarixində əlavə olunmuşdur

Bu dünyanı yaradan kim görəsən?
Əlbəttə tanrı.
Məni bu dünyaya göndərəndə sənsin.
Mənim həyatımıda yazmısan öncədən.
Gunahlarımı-savablarımı işlətəndə sənsin.
Həyatıma girən insanlarıda sən seçərsin.

O biri dünyamı?
O biri dünyasa, bu rüyamı? yaşıyırıq axı.
Bəs cənnət və cəhənnəm?...
Bir tərəfdə səfa çəkərsin,bir tərəfdə yanıb külə dönərsin..

Cənnət deyilən bir yer varmış şərab içərsin,
Gözəl tərəfi sərxoş olmarsan.
Mələklərdə varmış,ətrafında pərvanə olur.
Savablarının qarşılığıdı bu

Kim istəməz cənnətdə olmasın?
Cənnətə hər kəs yerləşərmi görəsən?
Boş ver getsin..

Məscidə də getmirəm çoxdandı,
Əvvəllər bir xalça aparmışdım məscidə.
Dünən yoldan keçəndə gördüm köhnəlib xalça,
Çıxarıb qoyublar çölə.

Durub getdim məscidə, Tanrı bilir niyə
Nə namaz qılmağa,nədə ki dua eləməyə.
Görəsən məni alarlar içəriyə?
Çətinlik çəkdim içəri girməyə.
Geri qayıtdim,evə getmədim.

Heyy Tanrı.....Baş qaldırmışam sənə,
Ulduzlardan başqa heçnə görmürəm.
Bir işıq göndərsənə yer üzünə,
Yeddi qatdan ya səkkiz qatdan,
Fərqi yoxdur mənə görə.

İnsaf yaa son damla çox oldu fincana,
Bir gün görüşəciyik,inanıram buna.

 


... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
timur_alp@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0303 saniye