Tapanmadım
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 22:07 20 iyul 2015 tarixində əlavə olunmuşdur

Bir mavi gözlü gözəlsən səni mən,

Təsvir etməyə bir söz tapanmadım.

Yandırıb qəlbimə od qoymusan sən,

Daha ondan isti köz tapanmadım.

 

Gözlərim vuruldu mavi gözünə,

Onu görsəm qəlbim gələr yerinə,

Eşqi elan edəcəm indi sənə,

Eşqimi deməyə saz tapanmadım.

 

Səsini eşitdim yağış küləkdə,

Sənə tay tutulmaz hətta mələk də,

Bir ocaq qaladın sən bu ürəkdə,

Bu yanan ürəyə buz tapanmadım.

 

Eşq yıxdı Kərəm,Məcnun,Şeyx Sənanı,

O gözəllə bada verməm bir anı,

Axtardım cahanı,düzü-dünyanı,

Ey yar,səntək gözəl qız tapanmadım.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye