Tapmaca (Roman) - 1ci hissə
Omar Djavid tərəfindən "Digər yazılar" bolməsinə 01:55 25 aprel 2016 tarixində əlavə olunmuşdur

-Tapmaca-

Həyat tapmacadır. Özünü tapan qazanar...

Həyatı sıxıcı keçən Aysel,  get-gedə yaşama istəyini itirir, darıxdırıcı həyat onu ölümə doğru aparırdı. Onun çatışmayan heçnəyi yox idi. İmkanlı ailəsi, savadı, sevdiyi insan hər şey ürəyincə idi. Amma yenə də o xoşbəxt deyildi. Səbəbini isə nə özü bilirdi nə da başqaları.  Belə davam edərsə çox yaşamayacağını anlayan  Aysel  təhsil aldığı sahə üzrə işləməyə, psixoloq olmağa qərar verir. Rəfiqəsi Sevinc isə uzun zamandır psixoloqdur və bu iş artıq onun üçün insanlara kömək etməkdən çox biznesə çevrilib.  Sevinclə birgə çalışmağa başlayan Aysel, Sevincdən ən problemli insanları ona yönləndirməsini xahiş edir. Bəlkə öz problemini də bu sayədə həll etmiş olar....

********

Mənim adım Turaldı. 26 yaşım var. Mən ölüyəm...

-Salam Tural. Qeydiyyat anketinizdə özünüz barədə bu fikirləri yazmısınız. Probleminiz nədir? Daha açıq danışın.

-Salam. Mən heç vaxt xoşbəxt olmamışam və ola da bilmiyəcəm. Artıq o həddə çatmışam ki, intihar barədə düşünürəm

-Problemləriniz nələrdir?  Mümkün qədər açıq danışın ki, sizə maksimum kömək edim.

- OK. Həyatım hər gün biraz daha marağını itirir. Hər bir insanın həyatında müəyyən dövrlər olur ki, Tanrını axtarır. Mən də axtardım. Amma tapmadım. O heç yerdə yox idi. Nə yerdə, nə kitablarda nə də göylərdə.. Bu halda məni yaradanın kim olduğu sualı bütün zehnimi işğal etdi. Bir müddət sonra bu fikirlərdən uzaqlaşdım. Həyatıma daxil olan Günel adlı qızla hər şey gözəl idi. Onu çox sevirdim o da məni.  Sanki məni Tanrıya Günel aparacaqdı. Lakin münasibətlərmiz dövründə mən böyüməyə başladım. Vaxt keçdikcə mənim düşüncələrimdə özümlə bərabər böyüyürdü. Yeni şeyler öyrənirdim öyrəndiklərimi ona da öyrədirdim. Lakin o, heç nəyi anlamırdı. Qarşımda iki seçim yolu vardı. Ya Günellə evlənib ailə sahibi olacaqdım. Sonra bizim uşağımız olacaqdı və mənim yaşıma gələndə o da mənim kimi düşünəcəkdi. Mənim genlərimi daşıdığı üçün əminəm ki, onda da bu fikirlər yaranacaqdı. Nə üçün məni bu dünyaya gətirdilər və indi mən əzab çəkirəm...

İkinci seçim yolum isə Güneldən ayrılıb həyatımı tək davam etmək, özümü inkişaf etdirmək, müxtəlif sahələrdə müxtəlif biliklər əldə etmək idi. Mən  bu yolu seçdim. Həyatı öyrəndim, kainatı öyrəndim, öyrənə biləcəyim qədər öyrəndim. İndi həyatımda heç bir həzz qalmayıb.Mənim 26 yaşım olsa da özümü bu yaşın 3 dəfə artığı hiss edirəm. Günlərimi keçsin deyə yaşayıram. Sizinlə danışmağıma səbəb, sizin məni rahatlatmağınız deyil.  Sadəcə danışmağa bir adam olsun deyə danışıram..

-Tural, siz dərin depressiya yaşayırsınız. Ayrıldığınız xanım sizin şüurunuzda dərin iz buraxıb. Həyatınızı ayırdığınız iki hissənin birinə bütünlüklə nəzarət edir. Mənim məsləhətlərimə qulaq asın. İnanın ki, hər şey yaxşı olacaq. Ətrafınıza özünüz kimi fikirləşən insanları yığmağa çalışın. Bir xanımla münasibət qurun. Vacib deyil ailə həyatı olsun. Sadəcə münasibət. Biz fərd olaraq əks cinssiz yaşaya bimərik. Əks halda bu, bizim psixologiyamızda dərin izlər buraxacaq. Dediklərimi yoxlayın gələn  seansda xoş nəticələrlə gəlin.

- Elə bilirsiniz bunları yoxlamamışam? Həyatımda çatışmayan  bunlar deyil. Yenə də təşəkkür edirəm. Sizə xoş günlər...

- Sizi bazar günü gözləyəcəm. Dediklərimi unutmayın. Sağolun.

Bazar günü Tural seansa gəlmədi. Əvəzində isə Turalın ölüm xəbəri gəldi. O özünü otağında asmışdı. Ağ vərəqə qara qələmlə yazdığı son sözlər isə bunlar idi:  Dünya geridə qalan 6 dosta əmanət...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.032 saniye