Tarixdə Osmanlı - Rusiya savaşları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 19:40 02 iyun 2016 tarixində əlavə olunmuşdur

Əbəs yerə demirlər ki,tarixin çarxı təkrar fırlanır.İndiki zamanda,Türkiyə-Rusiya münasibətlərini dərindən təhlil etsək,mövcud durumun heç də,təsadüfi olmadığının şahidi olarıq.Türk-Rus münasibətlərinin istər siyasi,istər iqtisadi,istər mədəni sahədə ürək açan olduğunu söyləmək mümkün deyil.Rusların türklərə qarşı bu qədər aqressiv,bu qədər nifrət dolu hissləri,bəlkə də,keçmişi unutmamaqdan qaynaqlanır.Bəlkə də,böyük bir İmperiyanın başqa bir möhtəşəm İmperiyanı qarşısında həzm etməməsi var işin kökündə.Fəqət,yalnız bir həqiqət var ki,o da,rusların onlara edilən yaxşılıqları tez yaddaşlarından silib yamanlıqları unutmamasıdır.Zaman-zaman göstərilən türk şəfqəti belə,rus şovinistlərinin qəlbini rahatlatmamışdır.Tarixin əski səlnamələrinə baş vurarkən qarşılaşdığımız mənzərə də,bir daha sübut edir ki,ruslardan türklərə dost olmaz və ən yaxşı halda olsa-olsa iqtisadi maraqlar naminə müttəfiq olar. Başqa bir diqqət çəkən tarixi məqam da var ki, o da,rusların ən çox türklərlə hərbi savaşa girməsidir. XVI-cı əsrdən bu günümüzədək türklər və ruslar arasında 14 böyük hərb savaşı baş vermişdir ki,bunlardan bir qismini türklər,bir hissəsini isə ruslar qazanmışdır.Bu hərb savaşlarını qısa xülasə ilə dəyərli oxucularımıza təqdim etmək istərdim.

Rusiya-Osmanlı müharibəsi (1568-1570) və ya Həştərxan yürüşü

Osmanlı Dövləti və Osmanlı Dövlətinə bağlı olan Krım xanlığının 1556-cı ildə Rusiyanın əlinə keçən Həştərxan xanlığını Rusların əlindən xilas etmək üçün Həştərxan və Azov bölgələrinə təşkil etdikləri yürüşdür.

Rus Moskva Knyazlığı 1552-ci ildə Qazan Xanlığının, 1556-cı ildə də Həştərxan Xanlığının mövcudluğuna son vermiş və Don və Volqa çayları boyunca güclü bir şəkildə yerləşmişdi. Moskva knyazı IV. İvan (Qorxunc İvan) bu fəthlərlə Çar titulunu da almışdı. Sonrakı əsrlərdə Rusiya iqtisadiyyatının şah damarı halına gələcək olan bölgənin Rusiya tərəfindən ilhaq edilməsi, Orta Asiya ilə Krım və Anadolu arasında Xəzər dənizinin şimalından keçən ticarət yolu və Həcc yolunu da kəsmişdi. Rus Knyazlığı isə Ural və Qara Dənizə doğru genişlənmə strategiyasının ilk addımını atmış oldu. Sultan II Səlim ilə kürəkəni və Sədrəzəm Sokollu Mehmed Paşa, Rusiyanın Qafqaz və Krıma genişlənmə təhlükəsini sezdilər. Bunu qarşısını almaq strategiyası olaraq Həştərxan qalasının fəthi və bu qalanın bir müdafiə sisteminin mərkəzi kimi istifadə edilməsinin lazım olduğu fikri ortaya çıxdı. Beləliklə Rus Knyazlığının cənuba irəliləməsi alındığı kimi, Osmanlı Dövlətinin Səfəvi dövlətinin Qafqaz və Azərbaycandan sıxışdırıb çıxarma strategiyasını asanlaşdırmalı idi.

Rusiya-Osmanlı müharibəsi (1676-1681)

Osmanlı İmperatorluğu ilə Rusiya Çarlığı arasında baş verən ilk böyük müharibədir. Bu müharibə zamanı Merzifonlu Qara Mustafa Paşa sədrəzəm olmuşdur. Qara dənizə çıxmaq üçün Rusiya imperiyası 1677-ci ildə Osmanlı imperiyası ilə müharibəyə başladı. Osmanlılar 1678-ci ildə Krım tatarlarının köməyi ilə Çigirin qalasını ruslardan aldılar. 1681-ci ildə Baxçasaray sülhünə görə Osmanlı Andrusova sülhünün şərtlərini tanıdı və Dnepr çayının sol-sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul etdi.

Rusiya-Osmanlı müharibəsi (1686-1700) — 1683-1699-cu illər Osmanlı-Kutsal İttifaq Müharibəsinin bir hissəsidir. II Vyana mühasirəsindən sonra bir çox Avropa ölkələri Osmanlı İmperiyasına qarşı birləşərək hücuma keçdi. 1686-cı ildə Rusiya da Müqəddəs İttifaq ölkələrinə qoşuldu. 1687 və 1689-cu illərdə Krıma, 1695 və 1696-cı illərdə isə Osmanlılara aid Azaka hücuma keçdilər. Krımda uğurlu olmayan Rusiya, Azakı ələ keçirməyi bacardı. Müharibə 1700-cü ildə İstanbulda imzalanan bir sazişlə sona çatdı.

Əsrin əvvəllərindən etibarən Osmanlı imperiyasına qarşı olan düşmənçiliyi daha da artan, isti dənizlərə enmək və Qara dənizə çıxış əldə etmək istəklərini daha da qətiləşdirən Rusiya çarlığı Osmanlı ilə müharibə üçün bəhanə axtarırdı. Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın ordusunun Poltava döyüşündə ağır məğlubiyyətindən sonra Dəmirbaş ləqəbli XII Karl qaçaraq Osmanlı imperiyasına sığındı. Bu bəhanə edən I Pyotrun qoşunları Osmanlı ərazısınə daxil oldu. Sultan III Əhməd Rusiyaya müharibə elan etdi (1710).

Savaşın qazanılması[

Yenicə Sədri-Əzəm təyin olunan Baltaçı Mehmed Paşa 200 minlik ordu ilə İstanbuldan rus qoşunlarına doğru göndərildi. Onun ardıyca Osmanlı donanması və Krım xanın qoşunları da səfərbərliyə alındı. Osmanlı qoşunları Rus qoşununu Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında mühasirəyə alır. Vəziyyətin ağırlığını görən I Pyotr sülh danışıqları təklif edir. Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmed Paşa sülh bağlamaqla kifayətlənir(1711-ci il, avqust ayında). Baltaçı Mehmed Paşanın nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil, Bəzi araşdırmaçılara görə, I Pyotrun həyat yoldaşı Çariça I Yekaterina Baltaçı Mehmed Paşanı sülhə razı salmışdır. Sülh imzalanandan sonra, I Yekaterinanın Mehmed Paşanı intim əlaqəyə girərək sülhə razı saldığı barədə şayələr gəzməyə başladı. Bəzi araşdırmaçılara görə isə, Mehmed Paşa qiyam əhval-ruhiyəsi olan yeniçərilərə güvənmədiyinə görə sülhə razı olmuşdur. Əslində III Sultan Əhməd də sülh şərtlərini razılıqla qarşılamışdı. Amma sonradan I Pyotrun andlaşmasının bəzi şərtlərinə əməl etmədiyinə görə Baltaçı Mehmed Paşaya qarşı sarayda böyük bir müxalifət formalaşır.

Prut müqaviləsi

İmzalanan Prut sülh müqaviləsi ilə Azov qalası Osmanlıya geri verildi. Bundan sonra, Ruslar, İstanbulda davamlı elçı saxlaya bilməz və İsveç kralının sərbəst şəkildə öz ölkəsinə geri dönməsinə maneə olmamalı idilər. Rusiya çarlığı Polşa krallığının daxili işlərinə qarışmayacaqdı. Bununla da, Osmanlı dövləti, 1700-ci il İstanbul müqaviləsi ilə itirdiyi Azov qalası və ətrafını geri almış, Karlovitsa sülhü ilə itirdiyi torpaqları geri almaq haqqında ümidlənmişdir. Prut döyüşü nəticəsində İsveç-Osmanlı münasibətləri inkişaf etmişdir.

1768-1774-cü illər Osmanlı-Rus müharibəsi

Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı.Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı.Əsas hərbi əməliyyatlar 1770-1771-ci illərdə oldu.Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.Rus ticarət cəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilərdi.Rus gəmilərinə ilk dəfə Qara dənizdə üzmək hüququ verildi.Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi.Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi.Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi.

1787-1791-ci illər Osmanlı-Rus müharibəsi, 93 Hərbi (Hicri təqviminə görə 1293-cü ilə uyğun olduğu üçün Osmanlı tarixində '93 Harbi' adlanır) Rusiya İmperiyasının Avstriya və Türkiyə (Osmanlı İmperiyası) ilə apardığı müharibə.

Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.

Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi.Lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi.1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi.Avstrya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.Belqradı ələ keçirən Avstrya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-ci ildə İsmyıl qalasını ələ keçirdi.

Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi.Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə1791-ci ildə Yassıda Osmanlı ilə sülh bağladı.

Sülhün şərtlərinə görə:

Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi.

Dnest çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.

Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi.

Osmanlı Krım haqqında iddialarından əl kəçdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi.

Rusiya Qara dənizdə dəti olaraq möhkəmləndi.Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi.

Rusiya-Osmanlı müharibəsi (1806-1812)

Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı. Lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi bağlandı.

Sülhün şərtlərinə görə

Bessarabiya Rusiyaya keçdi.

Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi.

Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra Istanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars üzərinə oldu. Iyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər.Avqustda Ahalsıx, Ahalkələk tutuldu.

1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-də Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədirnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.

Krım müharibəsi

1853-1856-cı illəri əhatə edən Rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə, Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədi ilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin qələbəsi ilə başa çatmışdır.

1877-1878-ci illər Osmanlı-Rus müharibəsi

24 aprel 1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini özünə birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi.


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0406 saniye