Tarixi-Nadir kitabı haqqında
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 11:48 05 sentyabr 2014 tarixində əlavə olunmuşdur

“Mənim özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?”.

  “O olmasın, bu olsun” filmində eşitdiyimiz bu məşhur kəlməni yəqin ki, əzbər bilməyən yoxdur. Belə deyirlər ki, həmin kitab cəmi bir neçə səhifədən ibarət imiş. Ona görə də Məşədi İbadın bu balaca kitabın yarısını oxuması haqda dedikləri insanda gülüş doğurur.

  Bir neçə vaxt öncə Masallıda tapılmış “Tarixi Nadir” kitabı sübut etdi ki, kitab hicri qəməri tarixi ilə 1272-ci ildə yazılıb və çap edilmişdir.  Fars dilində nəstəli xətlə yazılmış “Tarixi-Nadir” kitabı 3-4 yox, 147 səhifədən ibarətdir.Kitab əsasən Şah Nadirin zəmanəsində onun öz başına gələn hadisələr, onun etdiyi və onun dövründə ətraf ölkələrdə olan müharibələr və qəribə hadisələr haqqında məlumatlar toplusudur. 

  Kitabın tapılan nüsxələrinin hamısını birləşdirən iki ortaq cəhət var: onun Mirzə Mehdi xan tərəfindən yazılması və dil üslubu, ibarələrin qəlizliyi. Təbii ki, müəllif eynidirsə, mətnlər də eyni olacaq. Amma “Tarixi Nadir”in elə mətnləri var ki, orada süjet xətti və tarixi hadisələrin göstəriciləri tam başqadır. 1737-47-ci illərdə hakimiyyətdə olan Nadir şah tarixin də ziddiyyətli şəxslərindən olub. Buna baxmayaraq, bu əsərin müəllifi Mirzə Mehdi xan Nadir şahın şəxsi tarixçisi kimi onun bütün döyüşlərini, islahatlarını, məktublarını və digər bu kimi nəsnələri tam dəqiqliyi ilə köçürüb. Lakin tarixin təhrifi yenə də öz işini görüb. Əsərdə bir sıra tarixlər dəyişdirilib, hadisələr təhrif olunub. Amma bunların özü belə “Tarixi Nadir”in çətin dil üslubuna xələl gətirməyib.

 AZENS.AZ


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+27=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.019 saniye