tax boynuma
Sən An tərəfindən "Şeir" bolməsinə 19:09 22 may 2014 tarixində əlavə olunmuşdur

TAX BOYNUMA
***
tax boynuma dodaqlarını ,
asılım öpüşlərindən.
qalım havada ayağım yerdən üzülsün.

tax boynuma əllərini,
barmaqların həzin bir piano kimi, 
nəğmələr gətirsin , susqun bədənə,
ruhuma sevgilər süzülsün.

tax gözlərini boynuma,
çiynimə toxunsun kipriklərin.
bir az gileylən,
bir az kədərlən,
ağla içim göz yaşını.

tax boynuma qəmini-qüssələrini,
tək-tənha keçən gecələrini,səhərlərini.

qoy əritsin bədənindəki günəş,
damarımda buz tutan çayları,
aşıb –daşıb dağıtmaq istəyirəm.

tax boynuma bu şəhəri,
parçalanıb sənsiz küçələrə.
yollar qaçır ayaqlarımdan,
onları tutub özümdə saxlamaq istəyirəm.

tax özünü boynuma,
səninlə nəfəs almaq istəyirəm.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0557 saniye