Taxta biti
Samir Tekin Sukurov tərəfindən "Şeir" bolməsinə 18:43 15 avqust 2016 tarixində əlavə olunmuşdur

Taxta biti

Nə dilim şirindir, nə sözüm iti,
Nədir qulağına xoş gələn, gülüm?
Nə qəlbim taxtadır,sən taxta biti,
Qəlbimi eşirsən qorxmursan ölüm?

O eşib tökdütün göz yaşlarımdır,
Küləyə verdiyin , bil, saman deyil.
Sən eşib tökəndə çıxan o səslər,
Hıçqırıq səsidir ah-aman deyil.

Mən taxta ürəkli, sən taxta biti,
Zalım hansımızıq, gəl, indi danış.
Əgər oda atsa bu dünya məni,
İçimdə qalaraq sən də yan,alış.

Samir Təkin Şükürov 
     09.11.2013


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Samir Tekin Sukurov
Haqqında
Şükürov Samir Rasim oğlu 1989-cu ildə Kəlbəcər rayonu Mollabayramlı kəndində anadan olub.1993-cü ildən Mingəçevir şəhərində məskunlaşıb.Kəlbəcər Rayon 26 saylı məktəbi bitirdikdən sonra 2009-cu ildə Azərbaycan Müəllimlər İnistutunun Şəki filialının Filialogiya fakülətsinin Azərabycan dili və Ədəbiyyat müəllimliyi ixtisasında təhsil alıb.2013-cü ildən Kəlbəcər Rayaon Şahlar Şükürov adına 35 saylı məktəbdə işləyir. Təkin təxəlüsü ilə şeirlər yazır. Mətbuatda az görsənməyinə baxmayaraq “ Nəvə sovqatı” almanağında, “Sovqat” qəzetində ,“Mingəçevir işıqları” jurnalında şerləri və məqalələri işıq üzü görüb.
Əlaqə
Tel.:
0556614691
E-mail:
samirtekinsukurov@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye