Tay tutma özünü günəşə, aya
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 04:40 15 noyabr 2017 tarixində əlavə olunmuşdur

Tay tutma özünü günəşə, aya,
Demə ki ulduzlar göydə qısqanır,
Bir ulduz nə qədər parlaqdırsa da,
Dünyadan o qədər uzaqda yanır

Demə ki olmayıb qəmim, kədərim,
Həyat dənizində gəmim batmayıb,
Buludlar üzərində dolanma əbəs,
Tanrı ki, insanı quş yaratmayıb

Sinəni məğrurca, çıxartma önə,
Səndən də yüksəyə ucalan olar,
Düşünmə cavanam, gözələm hələ,
Zaman səndən xəbərsiz saçını yolar.


20.08.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye