Teatrsız Tamaşa
Bilal Şükürlü tərəfindən "Esse" bolməsinə 22:20 20 mart 2017 tarixində əlavə olunmuşdur

Ağlımda bir ssenari var. Bu ssenari teatr üçün nəzərdə tutulmayıb, oyunçuları yoxdur. Bir müəllifi var. Bu pərdə və teatra həsrət qalacaq tamaşanın oyunçusuda, ssenaristidə, tamaşaçısıda özüməm.  Və tamaşa başlayır.

       Pərdə: Bakının gündəlik qayğıları, sərt qışda eyni yeknəsəqliklə saat 07:00 oyanan Bakı var. Metrolarar işə düşür, avtobuslar sərnişin basabsında sürücülər sərnişin bolluğundan sərnişinlərə naz edir. Və bütün bu periodik sabahlara alışmış bir insan var. Hər gün eyni saatda, eyni yerdə, eyni marşurutla, eyni universitetə gedən biri var. Gərəksiz mühazirələr, müəllim özünəvurğunluğu, ikiüzlü tələbələr, tam  qardaş deməyə hazırlaşanda qara daş olub başını əzməyə hazırlaşan insanlar. Dekan hədə-qorxuları. Dərsdən sonra Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” və başqa romanlar və əldə siqaret Xəzərlə dərdəlşmək, Tarqovuda “Secret”də pivə və gün bitir. İkinci sabah açılır eyni təkrarlar.  Və mən bu insan haqqında üçüncü şəxs kimi danışdıqca sıxılıram. Axı qeybət mənlik deyil. Ya da onun haqqında sizə qeybət edim mən. Çünki bezmişəm “mən” kompleksindən. İçimi didib yeyən bu qorxulu “mən”dən danışım sizə. Ondan danışan zaman həmişə Xəzərdən başlayıram. Ona görə ki, “mən” Xəzəri sevir. O neft qoxulu, bol köpüklü mavi Xəzəri sevir. O “mən” elə mənəm. Mən Xəzəri sevirəm.  Sahildəyəm. Bir skamyada oturmuşam. Əlimdə siqaret. Bu monoton həyatımın tək rəngini fikirləşirəm. Görəsən haradadır, nə edir? Mən onu fikirləşdiyim qədər məni fikirləşirmi? Bu fikirlər siqaretimin tüstüsü ilə qarışıb səmaya harasa mən bilməyən bir yerlərə  uçur. Və baxdıqca tüstünün arxasınca mənə elə gəlir ki, səmadakı hər bulut fikirlər qarışmış siqaret tüstüsüdür(Nə qədər dərdli insan varmış Sahildə anca hamısı deyib gülür. Deyəsən bir olduğu kimi görünən mənəm). Dağılır fikirlərim. Və nəhayət içimdə sözlərlə ifadə edə bilməyəcəyim boşluq yaranır. Elə bir boşluq ki, onun  yoxluğu ilə mənə həm hüzn, həm də hüzur gətirir. Özünü qəzəblə sahilə çırpan Xəzər məni məndən alıb ona bağlayır, Xəzərin həmin qəzəbi, sahildəki qulaqbatırıcı səs-küyü, neft və rütubət qoxan havası belə məni bezikdirmir. Mənsə bir yalquzaqcasına Xəzərin sahilində gəlməyəcək bir insanı gözləyirəm. Elə bir insan ki mən  onun yoxluğunuda, varlığınıda sevirəm. O isə hər dəfə məni gördükdə alçaldıcı təbbəsümü ilə məni alçaldıb yoluna davam edir. Heç nə olmamış kimi. Bəlkə də onun gülüşündə kinayə, alçaldıcılıq yoxdur. Çünki heç onun mənim onu sevdiyimdən xəbəri yoxdur. Ancaq bütün bu qarışıq sütasiyalarda belə mən hər şeyi sentimentallizmlə əlaqələndirirəm.

        Həyatımın rəngidir hüzn. Hüznü o mənə ərmağan etmiş öz paklığı ilə.

          Pərdə: Tamaşa davam edir və  mənə maraqlı gəlir. Görəsən tamaşanın sonu necə bitəcək. Fəqət teatrın bu tərəfi həyata bənzəyir ki, onu irəli və geri çəkmək olmur. Və sən tamaşanının sonu ilə maraqlanırsansa sona qədər bu tamaşanı izləməlisən. Bu tamaşada nə o tərəf bu tərəfə qaçışan insanlar, nə dekorasiyalar, nə də suflyor yoxdur. Bu tamaşa elə həyatın özüdür. Elə bir həyat ki yaşamaq ölümdən, ölmü yaşantısından çətindir. Və həyat bu təzadlar arasında öz neytrallığını soyuqanlqla qoruyur. Bezmişəm bu həyatdan da sənsiz sənə olan məhəbbətdən də, sənin o səmavi gözəlliyindən də mənə hüznü daddıran təbbəsümündən də. Fəqət özümdən asılı deyil nə qədərdə bezdim desəm də bu sözləri qirtlağımda qəhər kimi düyünlənib qalır. Yenidən qaranlıq küçələr, sənsiz və səsli şəhərdə tək bir yalquzaq kimi irəli addımlayıram.  Deyəsən tamaşanında pərdənin də sonuna gəldim. Baş qəhrəmanın sonu maraqlandınıza deyim: Tərk edilənlər ölmürlər. Baş qəhrəmanda ölmədi. Ölsəydi bu tamaşa tamamlanmazdı.

      

                                                                                                                     

                                                                              


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
Müəllif

Bilal Şükürlü
Haqqında
Bəzən ölmək itirməkdən daha yaxşıdır
Əlaqə
Tel.:
+994513134157
E-mail:
bilalheyzan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0336 saniye