TƏBİƏT QADIN... - ELŞƏN İSMAYIL yazır
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 06:37 04 sentyabr 2020 tarixində əlavə olunmuşdur

Dalğalar hədiyyən olsun, sevgilim,

Dənizi verirəm, gəl, al qoynuna,

Göylərin rəngi tək o göy gözlərin

Nə gözəl yaraşır bəyaz donuna...

 

Danışma həsrətdən, danışma qəmdən,

Göylər tək sevgimiz qoy azad olsun,

Vurmusan sən məni sanki sinəmdən,

Bu eşq mərmi tək qoy orda qalsın...

 

Dəniz də çılğındır sevgimiz kimi,

Hər ikisi coşanda el-aləm bilir,

Amma sən susanda, sakitləşəndə,

Göylər də sükuta hakim kəsilir...

 

Təbiət səninlə oyanır sanki,

O şirin gülüşün bir yaz çiçəyi,

Torpağın qoxusu var bədənində,

Nəfəsin isidir – cənub küləyi...

 

Mələyim, gəl mənə, gəl ağuşuma,

Gəl səni ruhuma tanış eyləyim,

Təbiət qadınsan – Tanrı elçisi,

Gəl sən ol qutsalım, arzu, diləyim...

 

ELŞƏN İSMAYIL


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0367 saniye